Pedru Ameriku (; ) — Braziliya rəssamı. Müəllim və yazıçı kimi də fəaliyyət göstərmişdir.

Bioqrafiya thumb|left|"Məhəbbət və elm tanrılarının müşayiət etdiyi gecə" 1857-ci ildə İmperiya Təsviri İncəsənət Akademiyasında təhsil almaq üçün təqaüd alaraq Rio-de-Janeyro şəhərinə köçmüşdür. Daha sonra təhsilini Avropada davam etdirmişdir. Parisdə Təsviri İncəsənət Məktəbində təhsil almış, Jan Ogüst Dominik Enqrin, İppolit Frandrenin və Kral Vernenin tələbəsi olmuş, əsərləri şöhrət qazanmış və 1868-ci ildə Brüssel Universitetində doktorluq dərəcəsi əldə etmişdir.

Braziliyaya qayıtdıqdan sonra ən məşhur əsərlərindən biri olan "Ya müstəqillik, ya ölüm" rəsm əsərini çəkmişdir. Rəsm əsərində Şahzadə Pedrunun Braziliyanın Portuqaliyadan müstəqilliyini elan etdiyi an təsvir olunur. Rəsm on illərlə Braziliyada ibtidai məktəblər üçün nəzərdə tutulmuş tarix kitablarında istifadə olunmuşdur.

Həyatının çox hissəsini İtaliyanın Florensiya şəhərində keçirsə də, tez-tez Rio-de-Janeyroya gedib-gələn Pedru Ameriku lektor və incəsənət tarixçisi kimi də xidmət vermişdir.

Pedru Ameriku rəssam və diplomat Manuel de Araujo Portu-aleqrenin qızı Karlota de Araujo Portu-aleqri (1844–1918) ilə evlənmişdir və onların uşaqları olmuşdur. Almaniya Tacı Cəngavər Nişanına sahib olmaqla yanaşı Müqəddəs məqbərə ordeni ilə də təltif olunmuşdur. 1889-cu ildə Braziliyanın respublika elan edilməsindən sonra Milli Məclisin deputatı seçilmişdir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Pedro Américo de Figueiredo e Melo Pedro Américo. Encyclopaedia Itaú Cultural

Kateqoriya:Braziliya rəssamları Kateqoriya:Paraibada doğulanlar Kateqoriya:Florensiyada vəfat edənlər Kateqoriya:Braziliya yazıçıları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Braziliyalılar Kateqoriya:Rio-de-Janeyroda dəfn olunanlar