thumb|right|Klubun ev oyunlarını keçirtdiyi Viktoriya stadionu

Mançester 62 FK — Cəbəllüttariqi təmsil edən futbol komandasıdır. Klubun əvvəlki adı Mançester Yunayted FK-in şərəfinə Mançester Yunayted (Cəbəllüttariq) FK adlandırılmışdır. 2013-14 mövsümündən isə rəsmi olaraq indiki adı ilə adlandırılır. Klubun loqosunun üzərində də ad dəyişikliyi öz əksini tapmışdır. Mançester 62 Fk hal-hazırda Cəbəllüttariq Premyer Liqasında çıxış edir. Klub ev oyunlarını Vinston Çörçill prospektində yerləşən Viktoriya stadionunda keçirir.

Tarixi Klub 1962-ci ildə Mançester Yunayted FK adı ilə yradılmışdır. Klub öz adını məşhur ingilis adaşının şərəfinə almışdır. Klubun adının istifadəsinə görə icazəni mankunianlardan olan Mett Basbidən almışlar. İcazəni aldıqdan sonra bu addan istifadə etməyə başlamışlar.man62fc.com/about/club-history Klub hal-hazırda Cəbəllüttariq Premyer Liqasında mübarizə aparır. Klub öz oyunlarını Viktoriya stadionunda keçirir. Klubun kapitanı Matteu Reoç 2001-ci ildən Cəbəllüttariq milli futbol komandasında çıxış edir. 2013-cü ildən Cəbəllüttariq FİFA-ya və UEFA-ya üzv olduğundan klub yüksək yer tutarsa, Çempionlar Liqasında və UEFA Avropa Liqasında mübarizə apara bilər.

Adlandırılması 1962–2000 : Mançester Yunayted (Cəbəllüttariq) Futbol Klubu. 2000–2002 : Mançester Yunayted Eurobet Futbol Klubu. 2002–2008 : Mançester Yunayted (Cəbəllüttariq) Futbol Klubu. 2009–2013 : Mançester Yunayted Digibet Futbol Klubu. 2013– : Mançester 62 Futbol Klubu.

Sponsor Hal-hazırda klubu İspan neft şirkəti olan CEPSAnın Cəbəllüttariqdəki filialı maliyyələşdirir.

Uğurları Cəbəllüttariq Premyer Liqası Birinci Diviziya, Çempionluq: 1975, 1977, 1979, 1980, 1984, 1995, 1999 İkinci Diviziya, Çempionluq: 1974 Cəbəllüttariq Kuboku Çempionluq: 1977, 1980, 1997,2003

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cəbəllüttariq futbol klubları