— Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" () verilişi çərçivəsində yayımlanmışdır.
Məzmun 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır.
Personajlar
Media
Manqa
Anime Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2011-ci ilin manqaları Kateqoriya:2014-cü ilin anime serialları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Şoco manqaları Kateqoriya:Shueisha manqaları Kateqoriya:TV Tokyo verilişləri