Seyid Əsədulla Xərqani (d. 1838 - ö. ?) — müctəhid.
Həyatı Seyid Əsədulla Mir Səlami 1838-ci ildə Qəzvinin Şiznəd kəndində anadan olmuşdu. Əslən Xərqanın Mir Səlami seyidlərindəndir. Musəvi kökənlidir. Atası Seyid Zeynalabdin ibn Seyid İsmayıl bin Seyid Həsənxandır.Babaları Qəzvinə Marağa şəhərindən köçmüşdülər. Marağalı Mir Səlam bu silsilənin kökündə dayanır.Mir Səlam Səfəvi sultanlarının yaxını idi.
Seyid Əsədulla Xərqani 15 yaşında Qəzvinə gələrək dini təhsilə yiyələnmişdi. 1858-ci ildən 1860-cı ilədək Tehran şəhərində mədrəsədə ali təhsil almışdı.Mirzə Əbülhəsən Cilvənin şagirdlərindən idi.
Seyid Əsədulla Xərqani nadir ruhanilərdən idi ki, fransız dilini də bilirdi.
Kateqoriya:Vəfat tarixi bilinməyənlər Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İslam alimləri Kateqoriya:Musəvilər Kateqoriya:Mədrəsə məzunları Kateqoriya:İran şəxsləri