Dübəndi — Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsində yaşayış sahəsi. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər) rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Dübəndi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Toponimikası Qəsəbənin keçmiş adı Təkqışlaq olmuşdur. Adını ərazidəki eyniadlı yerdən almışdır. Oykonim tat dilindəki du (iki) və bəndi (sədd, bağlanmış yer, qarşısı alınmış yer) komponentlərindən düzəlib, "iki sədd" deməkdir.
Tarixi
Tarixi abidələri
Coğrafiyası və iqlimi Qəsəbə Bakının mərkəzindən 50 km uzaqlıqdadır.
Əhalisi
İqtisadiyyatı SOCAR Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı neft yataqlarından hasil edilən nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də Şimal istiqamətində nəql edir. Terminal həmçinin neft və neft məhsullarının tranzit nəqlini də həyata keçirir. Neftin qəbulu, saxlanması və nəqli üzrə fəaliyyət göstərən obyekt, qurğu və avadanlıqların əsaslı təmiri, yenidənqurma işlərinin yerinə yetirilməsi, texnolojı iş rejiminə ciddi riayət edilməklə neftin nəqlinin təmin edilməsi Dübəndi Neft Terminalının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Mədəniyyəti
Təhsil
Din
Səhiyyə
İstinadlar
Xarici keçidlər
Dübəndi kurqanları, qayaüstü rəsmləri və daş yolları (lib.az saytı) Kurgans, rock paintings and stone roads of Dubandi - video
Həmçinin bax
Kateqoriya:Xəzər dənizinin limanları Kateqoriya:Xəzər rayonunun ləğv olunmuş qəsəbələri Kateqoriya:2000-ci ildə ləğv olunan yaşayış məntəqələri Kateqoriya:Azərbaycanın liman şəhərləri Kateqoriya:Xəzər dənizi limanları