thumb|right|1930-cu ildə Kanadada nəşr olunan bir karikatura:
Kvebek əyalətindən bir qadın, türk qadınının səs vermək hüququna malik olduğunu öyrənir. Kvebekli qadınlar 25 aprel 1940-cı ildə səs verməyə haqq qazandı. Atatürk islahatları () — Mustafa Kamal Atatürkün rəhbərliyi altında və Kamalizm ideologiyasına uyğun olaraq, yeni yaranmış Türkiyə Respublikasını sekulyar, müasir milli dövlətə çevirmək üçün siyasi, hüquqi, mədəni, sosial və iqtisadi siyasətdə edilən dəyişikliklərdir. Bu islahatların əsas ideyası türk cəmiyyətinin müasirləşə bilmək üçün özünü siyasi və mədəni baxımdan qərbləşdirməsi idi.S. N. Eisenstadt, "The Kemalist Regime and Modernization: Some Comparative and Analytical Remarks," in J. Landau, ed., Atatürk and the Modernization of Turkey, Boulder, Colorado: Westview Press, 1984, 3–16. Siyasi islahatlar bir çox ənənələrə son qoyan fundamental institusional dəyişikliklərin aparılması ilə müşayiət olunmuş və əsrlər boyu formalaşan mürəkkəb sistemi açmağa yönəlmiş planlı proqram icra edilmişdir.Jacob M. Landau "Atatürk and the Modernization of Turkey" page 57.
İslahatlar konstitusiyanın modernizasiyası ilə, o cümlədən, 1921-ci il konstitusiyasını əvəz edən 1924-cü il konstitusiyasının qəbulu və yeni respublikanın ehtiyacları üçün Avropa qanunlarının və hüququnun tətbiqi ilə başlamışdır. Bunun ardınca dövlət idarəetmə aparatının tam sekulyarizasiyası və müasirləşdirilməsi aparılmış, təhsil sisteminə xüsusi diqqət yetirilmişdir.
Atatürk islahatlarının Osmanlı İmperiyasında 1839-cu ildə başlayan və 1876-cı ildə birinci konstitusiya dövrü ilə başa çatan Tənzimat dövrünün yenilik və modernləşmə hərəkətlərinin davamı olduğunu düşünmək geniş yayılmışdır.Yılmaz, Yalçın. "Atatürk, Türk Kimliği ve Ötekileştirme". Atatürk Devrimlerinde Yöntem I:Ortam ve Lider", Belgi Dergisi, PAÜ Atatürk İlkeleri ve İnkılap Tarihi Araştırma ve Uygulama Merkezi, sayı:3. Ancaq Mustafa Kamal Atatürk konstitusiya ziyalılarının hədəfləri ilə razılaşmadı; modernistlərin təklif etdiyi latın qrafikasının qəbulu, Qərbdən mülki hüquq (medeni hukuk) alınması, mədrəsələrin və təkkələrin bağlanması təkliflərinin ötəsinə keçərək respublikanın elanı, xilafətin qaldırılması, sekulyarizm ve qadınların siyasi hüquqların tanınması islahatlarını da həyata keçirmişdir.
Atatürkün rəhbərliyi altındakı bəzi islahatlar müsəlman məmləkətlərində mühafizəkar və islamçı qruplar tərəfindən tənqid olundu və anti-dini olma ilə ittiham edildi. Pakistanın ilk xarici işlər naziri Məhəmməd Zafirullah Xan, 1951-ci ildə Pakistan baş nazirinin təlimatı üzərinə Türkiyəyə rəsmi bir ziyarətdə tapıldı. Özü xatirələrində Atatürk sonrası Türkiyəni belə izah etməkdədir: "Atatürk inqilabından sonra, İslam ölkələrinin ümumi fikri, Türkiyədə dini dəyərlərə hörmətsizlik edilir şəklində idi. Amma mənim gördüklərim bunun tam tərsiydi və söz-söhbətlərin yalnız bir ittiham olduğunu gördüm."Sir Mohammad Zafrullah Han, Tahdis-i Ni’met, Tahir Composing Centre, Gaba Bilding, Railpark, Lahore, 1994. səh. 594
Əhəmiyyətli hadisələr
1920-ci illər thumb|right|Atatürkün pilot layihə kimi bir fermada görülən işlərlə tanış olması. Siyasi: 1 noyabr 1922: Osmanlı sultanlığının ləğv edilməsi Siyasi: 29 oktyabr 1923: Türkiyə Respublikasının elan olunması Siyasi: 3 mart 1924: Osmanlı xilafətinin ləğv edilməsi İqtisadi: 24 iyul 1923: Lozanna müqaviləsi ilə kapitulasiyaların ləğvi Təhsil: 3 mart 1924: Təhsilin mərkəzləşdirilməsi Hüquqi: 8 aprel 1924: Şəriət məhkəmələrinin ləğvi İqtisadi: 1924: Həftəsonu Qanunu Sosial: 25 noyabr 1925: Kişilər üçün geyimin dəyişilməsi Sosial: 30 noyabr 1925: Dini monastırların və dərviş evlərinin bağlanması İqtisadi: 1925: Nümunəvi fermaların yaradılması; (məs.: Atatürk Meşə Ferması) İqtisadi: 1925: Beynəlxalq vaxt və təqvim sistemi (Qriqorian təqvimi və vaxt zonası) Hüquqi: 1 mart 1926: İtaliya cinayət məcəlləsi əsasında hazırlanmış cinayət məcəlləsinin qəbulu Hüquqi: 4 oktyabr 1926: İsveçrə mülki məcəlləsi əsasında yeni mülki məcəllənin qəbulu Hüquqi: 1926: Öhdəliklər qanunu Hüquqi: 1926: Kommersiya qanunu İqtisadi: 31 may 1927: Türkiyə Dövlət Dəmiryolları Təhsil: 1 yanvar 1928: Türkiyə Təhsil Assosiasiyasının qurulması Təhsil: 1 noyabr 1928: Yeni türk əlifbasının tətbiqi
1930-cu illər thumb|right|1934-cü ildə qadınlara seçmə və seçilmə hüququ verildi və 1935 ümumi seçkilərində 18 qadın millət vəkili seçildi Təhsil: 1931: Tarixi araşdırma üçün Türk Tarix Cəmiyyətinin qurulması Təhsil: 12 iyul 1932: Türk dilinin tənzimlənməsi üçün Türk Dil Cəmiyyətinin yaradılması İqtisadi: 1933: Beynəlxalq vahidlər sisteminin qəbulu İqtisadi: 1 dekabr 1933: İlk beş illik inkişaf planı (planlaşdırılan iqtisadiyyat) Təhsil: 31 may 1933: Universitetin təhsilinin tənzimlənməsi Sosial: 21 iyun 1934: Soyad Qanunu Sosial: 26 noyabr 1934: Müəlliflərin və adların ləğv edilməsi Təhsil: 5 dekabr 1934: Qadınların səs verməsi və seçilməsi üçün tam siyasi hüquqlar. Sosial: 14 oktyabr 1935: Mason lojalarının bağlanması"TURKISH BAN ON FREEMASONS. All Lodges To Be Abolished ". Malaya Tribune, 14 October 1935, p. 5. The Government has decided to abolish all Masonic lodges in Turkey on the ground that Masonic principles are incompatible with nationalistic policy.Atatürk Döneminde Masonluk ve Masonlarla İlişkilere Dair Bazı Arşiv Belgeleri , Kemal Özcan Təhsil: 5 fevral 1937: Konstitusiyada sekulyarizm prinsipinin daxil edilməsi. İqtisadi: 1937: İkinci Beş İllik İnkişaf Planı (planlaşdırılan iqtisadiyyat)
Həmçinin bax Mustafa Kamal Atatürk Kamalizm
Qeydlər
Mövzu üzrə ədəbiyyat Bein, Amit. Ottoman Ulema, Turkish Republic: Agents of Change and Guardians of Tradition (2011) Amazon.com Ergin, Murat. "Cultural encounters in the social sciences and humanities: western émigré scholars in Turkey," History of the Human Sciences, Feb 2009, Vol. 22 Issue 1, pp 105–130 Hansen, Craig C. "Are We Doing Theory Ethnocentrically? A Comparison of Modernization Theory and Kemalism," Journal of Developing Societies (0169796X), 1989, Vol. 5 Issue 2, pp 175–187 Hanioğlu, M. Şükrü. Atatürk: An Intellectual Biography (2011) Amazon.com Kazancıgil, Ali and Ergun Özbudun. Atatürk: Founder of a Modern State (1982) 243pp Ward, Robert, and Dankwart Rustow, eds. Political Modernization in Japan and Turkey (1964). Yavuz, M. Hakan. Islamic Political Identity in Turkey (2003) Amazon.com Zürcher, Erik. Turkey: A Modern History (2004) Amazon.com
Xarici keçidlər link=|alt=|16x16px VikiAnbarda Atatürk islahatları ilə əlaqəli mediafayllar var.
Kateqoriya:Mustafa Kamal Atatürk Kateqoriya:Atatürkçülük Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Atatürk islahatları Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Türkiyənin iqtisadi tarixi