Abdullah ibn Rəvaha (; ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Bioqrafiya Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdurAydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 9. . O, Xəzrəc qəbiləsindən bir ailədə doğulmuşdur. Müsəlman olduqdan sonra Əqəbə beyətində (sadiqlik andı) mədinəlilərin sıralarında yer almışdır. Məhəmməd peyğəmbərin yaxın səhabəsi, eləcə də katibi olmuşdur. Bədr döyüşü, Uhud, Xəndək, Xeybər döyüşlərində müsəlmanların sıralarında vuruşmuşdur. Muta döyüşündə qəhrəmancasına vuruşaraq şəhid olan Abdullah ibn Rəvahanın gözəl şeir yazmaq bacarığının olduğu da qeyd edilir. O, bəzi bütpərəst şairlərin Məhəmməd peyğəmbərə qarşı yazdıqları alçaldıcı seirlərinə qarşı cavablar yazdığı bilinir. Bu isə Quranda (26: 224-227) qeyd edilmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Ərəb şairlər