Abdulla Alxazoviç Abatsiyev (; ) — yarımmüdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu,

Karyerası Abdulla Abatsiyev 1993-cü ildə Vladiqafqaz şəhərində anadan olmuşdur. Futbolçunun atası Alxaz Ayvazov azərbaycanlıdır. 8 yaşında Abdulla "Yunost" Vladikavkaz Gənclər İdman Məktəbinin futbol bölməsinə yazıldı və 9 il orada çıxış etdi. 2010-cu ildə Moskvaya, 2011-ci ildə isə 2009-cu ildə vətəndaşlığını aldığı Azərbaycana köçdü.

15 yaşında "Alaniya" (Vladiqafqaz) Futbol Klubuna transfer olan Abdulla Abatsiyev Şimali Osetiyanın çempionatında əvəzedici heyətində çıxış edib. 2010-cu ildə Moskvaya köçən həvəskar futbol klubların arasında Rusiya çempionatında Üçüncü Divizionda çıxış etməyə başlayıb. Həmin ildə moskvalıların heyətində Moskva Kubokunun sahibi olub.

15 yaşında Abdulla Abatsiev Şimali Osetiya çempionatında çıxış edən "Alaniya" (Vladikavkaz) klubuna keçdi. 2010-cu ildə Moskvaya köçdükdən sonra həvəskar futbol klubları arasında Rusiya çempionatında Moskvanın "Stolitsa" klubunda oynamağa başladı.FootballFacts.ru saytında profili Elə həmin il paytaxt təmsilçisinin heyətində Moskva Kubokunu qazandı.

2009-cu il oktyabrın 26-də Azərbaycanın Gənclərdən İbarət yığma komandasının heyətində ilk oyununu keçirib Avropa Çempionatının seçmə mərhələsinin səfər matçında serbiyalı həmyaşıdlarına qarşı oyun 0:0 hesabla başa çatıb.

"İnter" klubunun heyətində 2013-cü ilin iyulun 4-də Bakıda keçirilən UEFA Avropa Liqasının ilk seçmə mərhələsinin Finlandiyanın "Mariyexamn" klubun qarşı oyunda debüt etdi, oyun 1:1 hesabı ilə bitmişdir. "İnterin" xeyrinə 2:0 başa çatan cavab oyununda da işitrak etmişdir.

15 dekabr 2013-cü ildə Premyer Liqanın 17-ci turunda Abdulla Abatsiyevin "Sumqayıt"a vurduğu qol "bankirlər"in Azərbaycan çempionatlarında vurduğu beş yüzüncü qolu oldu.

2018-ci ilin mart ayında "Maşuk-KMV" klubunun oyunçusu oldu.

Şəxsi həyatı 2013-cü ildən Moskvada olan Baltik Beynəlxalq Akademiyası iqtisadiyyat fakültəsinin tələbəsidir.

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Armavir FK futbolçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:SKA Rostov-na-Donu FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri