Tamaruqal və ya Pampa-del-Tamaruqal () — Çilinin şimalında, Sahil Kordilyer ilə Qərb Kordilyeri arasında yerləşən yayla ərazisində yerləşir. Səhra 900—1200 metr okean səviyyəsindən yuxarıda yerləşir. Səhranın uzunluğu 450 km, eni 30–60 km, sahəsi 12 500 km² təşkil edir. İqlimi tropikdir. Atakamanın şimalında yerləşir və onun tərkibi hesab edilir. Səhranın adı Tamaruqo kolundan götürülmüşdür. Plato ərazisində Раmра del Tamaruqal Milli Parkı yerləşir. 1903-cü ildə Tamaruqal yaylasında çəkisi 320 kq olan Meteorit (Tamaruqal) aşkarlanmışdırMeteorit kolleksiyası: Tamarugal.
İstinadlar
Kateqoriya:Çili coğrafiyası Kateqoriya:Amerika səhraları Kateqoriya:Çili səhraları