Cənub-şərqi Qaraqum () — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum səhrasının tərkibinə daxildir.

Coğrafiyası Səhra Amudərya və Tecen çayları arasənda qərarlaşır. Cənub-şərqi Qaraqum ilə Mərkəzi Qaraqumun sərhədindən Tecen Çarcou dəmir yolu keçir. Cənub-şərqi Qaraqum kifayət qədər düzəngahdır. Hündürlük 50–200 m arasında dəyişir. Qum silsilələri 3–30 m hündürlüyə, 150-200 metr uzunluğa malik olur. Burada barxanlara, şoranlıqlara və takırlara rast gəlmək olur.

Cənub-şərqi Qaraqum səhrasında qədim çayın yadağı yerləşir ki, hazırda Qaraqum kanalı axarlar hərəkət edir. Səhrada şirin suya malik quyular vardır. Bəzi quyuların dərinliyi 300 metrdir.

Bayram-Əlidə qaz yataqları vardır. Üstəlik neft ehtiyyatlarına malikdir.

Cənub-şərqi Qaraqum ərazisində Repetek qoruğu yerləşir.

İstinadlar

Kateqoriya:Türkmənistan səhraları