Marek Hamşik () — Hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan slovakiyalı peşəkar futbolçu. Napoli futbol komandasının kapitanı və Slovakiya milli futbol komandasının vitse kapitanıdır.

Karyerasına 2004-cü ildə Slovan Bratislavada başladıqdan 1 il sonra İtaliyanın Breşiya komandasına keçmişdir. 2007-ci ildə A Seriyasına təzəcə qayıdan Napoliyə transfer edilmiş və orada start heyət oyunçusuna çevrilmişdir. Onun enerjisi, liderlik, yaradıcılıq qabiliyyətləri və yarımmüdafidən qol vəziyyəti yaratma təsəvvürü komandaya iki İtaliya kuboku, bir İtaliya Superkuboku, UEFA Çempionlar Liqasına vəsiqə və 2014-15-ci il UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazandırmasında rol oynamışdır. Milli komandada o, Slovakiyanı 2010-cu il Dünya Çempionatında təmsil etmiş və komandası qrup mərhələsinin son matçında sabiq çempion İtaliyanı məğlub edərək səkkizdə bir finala vəsiqə qazanmışdır. 2016-cı il Avropa Çempionatında da Hamşik əsas heyətdə yer almışdır.

Çıxışlarına görə, Hamşik həmçinin bir çox fərdi mükafatın da qalibi olmuşdur. O, beş dəfə Slovakiyanın ən yaxşı futbolçusu seçilmiş və 2008-ci ildə A Seriyasının Ən Yaxşı Gənc Futbolbolçusu mükafatını qazanmışdır. 2011-ci ildə A Seriyasında İlin komandasının tərkibində, həmçinin 2015-ci ildə Avroliqada mövsümün komandasında yer almışdır. 2013-cü ildə Hamşik Bloomberg tərəfindən Avropada ən yaxşı səkkizinci futbolçu seçilmişdir"Messi and Ronaldo joined by Ribery in top three of new list of Europe's top 50 stars" Sky Sports..

Klub karyerası

İlk illəri Banska Bistrikada boya-başa çatmasına baxmayaraq, Marek heç vaxt əsas yerli komanda olan Dukla Banska Bitrikada forma geyməmişdir. Əvəzində kiçik gənclər komandası olan Jupie Podlavice'da oynamağa başlamışdır.Harsányi, Ladislav (28 June 2007). "Prinesie Hamšík do Podlavíc milióny ?" . (slovakca). pravda.sk 2002-ci ildə Slovakiyanın aparıcı futbol komandalarından olan Slovan Bratislava ilə müqavilə imzalamışdır. Burada 6 oyun keçirmiş və 1 qol vurmuşdur.

2004-cü ildə 17 yaşlı gənc istedad kimi 500.000 €-ya Breşiyaya transfer olunmuşdur.Rastislav Hribik (27 Aprel, 2007). "Hamšík home at Brescia".uefa.com. A Seriyasındakı debüt matçında komandası səfərdə Kiyevo Veronaya 3-1 hesabı ilə məğlub olmuşdur. Növbəti mövsümdə, Breşiya çempionatı 19-cu pillədə başa vurur və B Seriyasına düşür. 2005-06-cı illərdə o, Breşiyada 24 oyun keçirir və komandası mövsümü 10-cu pillədə başa vurur. 2006-07 mövsümündə isə Marek baxımlı oyun sərgiləyərək, 40 oyuna 10 qol vurur.

İstinadlar

Kateqoriya:1987-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Slovakiya futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Legioner Slovakiya futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Slovakiyanın kişi futbolçuları Kateqoriya:Trabzonspor FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Breşiya FK futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Çin Super Liqası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Slovakiya milli futbol komandasının oyunçuları Kateqoriya:Göteborq FK futbolçuları Kateqoriya:Çində legioner futbolçular Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Slovan Bratislava FK məşqçiləri