Babadin — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində mövcud olmuş kənd. Kənd ərazisi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Tarixi Dağətəyi ərazidədir. Baba və din (xalq terminologiyasında "hündür yer, təpə"; "düşərgə, dincəlmək üçün yer") sözlərindən düzəlib. "Hündür təpə" mənasını ifadə edir. Oykonim ərazidəki dağların birinin adından törəmişdirAzərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 96..

Kəndin yaşlı sakinlərinin söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Babadin (Babadinli) tayfa adıdır. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır. Qasımuşağı tayfasının Kavanlı tirəsi qədim Babadin tayfa adını yaşatmaq, əbədiləşdirmək məqsədilə Hacısamlı nahiyyəsinin ərazisində əsası qoyulmuş Babadin kəndinin adında yaşatmağa çalışmışlarLaçın yurdu — № 3(10), 2013-cü il, səh.35.

Əhalisi Əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur.

İstinadlar

Kateqoriya:Laçın rayonunun ləğv olunmuş kəndləri