Coldünya qrupu — 1992-ci ildə Bakıda yaradılmış rok qrupu.

Heyəti Teymur Nadir - vokal, piano Rövşən Kərimov - gitara, vokal Samir Cəfaəli - drums, sintezanorlar, programming, vokal Aydin Haciyev - bas gitara, dodaq garmonikasi

Ad

Coldünya - sözünün mənası Cold (-ingiliscədən "soyuq") və Dünya sözlərinin ahəngindən yaranıb iki fərqli Qərb - ingilis və, Şərq - azərbaycan mədəniyyətlərinin bir araya gətirilməsini bildirir. Bunun nəticəsini qrupun ifa etdiyi standart "hard rock" bünövrəsində Azərbaycan muğam ladları üzərindəki improvizasiyalarını dinlədikdə aydın ayırd etmək olar. Qrupu bu xüsusiyyətlərə görə hardasa "Folk-Rock" bölümünə aid etmək olar.

Fəaliyyəti

1996–cı ildə qrupun “Nota Bene” adlı ilk albomu işıq üzü gördü. Elə həmin vaxt “Sehrbaz” mahnısına qrupun ilk klipi çəkildi. (ANS TV). 1996–cı ilin oktyabr–noyabr aylarında “Sehrbaz” BBC radiosunda (London) ən yaxşı xarici hitlər onluğuna düşdü və iki həftə ərzidə 7 –ci yerdə durdu. 1997–ci ildə qrupun ikinci klipi “Aşiq və Aldadılmış” mahnısına çəkildi. (ANS TV). 1991 –ci il 21 sentyabr tarixində qrup Gürcüstanın paytaxtı Tiflisdə Mərkəzi parkda konsert verdi və konsertdə “Coldünya” 7000 nəfərlik auditoriya qarşısında çıxış etdi.

1999–cu ildə “Demo” albomu yazıldı və “Kaş ki, biləydin” mahnısına klip çəkildi.(Stаr rеklаm).

2001–ci ilin sonunda qrup “Məktub” adlandırmaq qərarına gəldiyi üçüncü albomunu yazmaq üçün studiyaya yığışdı və albom üzərində iş 9 ay davam etdi. 2002–ci ilin avqustunda “Məktub” albomu üzərində iş başa çatdı. 2002–ci ilin sonunda qrup rejissor Kamran Məmmədovun köməyi ilə dördüncü klipi üzərində işi başa çatdırdı. Klip “Aç balaca qanadlarını” mahnısı əsasında çəkildi.

2003–cü ilin dekabr ayında bu işin yekunu yeni musiqi istiqaməti – “rok –muğam”ın əsasını qoyan əfsanəvi “Oyanış” albomu oldu. 2004–cü ilin oktyabr ayında “ColDünya” Böyük Britaniya qrupu “Goldrush” və Bakının gənc qrupu “Aprel” ilə birlikdə H.Əliyev adına sarayda çıxış etdi.

2008 –ci il 7 fevraldan 27 fevrala qədər Bakıda “ColDünya” yeni “Əhatə Dairəsi Xaricində” albomu üzərində işlədi.

Diskoqrafiya +TarixAlbom1996Nota Bene1999Demo2002Məktub2003Oyanış (Alim Qasımovla birlikdə)2009Əhatə Dairəsi Xaricində

Videoqrafiya +TarixKlip1996Sehrbaz1997Влюбленный и Обманутый1999Kaş Ki Biləydin2002Aç Balaca Qanadlarını2008Son Məktub

İstinadlar

Kateqoriya:Azərbaycan rok-qrupları Kateqoriya:Vikipediya:Şəkli olmayan musiqi qrupları haqqında məqalələr Kateqoriya:1992-ci ildə yaranan musiqi qrupları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar