Pokemon Go — Niantic tərəfindən təkmilləşdirilən və The Pokemon Company tərəfindən nəşr edilən, iOS və Android sistemli artırılmış reallıq oyunu.

Oyun prosesi thumb|left|Oyun prosesinin misalı

Oyuna daxil olduqdan sonra yaratdığınız avatarla birlikdə Pokemon ovuna çıxırsınız. Oyunçular pokemonları toplayaraq kolleksiya yaratmağa başlayır. Smartfonların GPS və kamera özəlliyinin istifadə edildiyi oyun, xəritəylə birlikdə real həyatla əlaqəlidir. Oyun virtual görünsə də, pokemonları toplamaq üçün real yerlərə getmək lazım olur.

Oynamaq pulsuzdur, amma tətbiqdə həmçinin pullu oyun daxil alətləri almaq olar.

Qəbulu

Pokemon GO həm App Store, həm də Google Play-ın top çartlarının zirvəsinə ən tez qalxan oyun olub. Bundan əvvəl, onların zirvəsinə ən tez qalxan oyun Clash Royale idi. Buraxılışdan sonra ilk həftə ərzində oyun App Store-dan ən çox yüklənən tətbiq olub. Similarweb verdiyi məlumata görə, buraxılışdan sonra iki gün ərzində o, ABŞ-dəki Android cihazlarının 5%-nə yüklənilib. Sensor Tower isə xəbər verib ki, buraxılışdan sonra bir həftə ərzində o, 10 million dəfə yüklənilərək, bu göstəriciyə ən tez çatan tətbiq olub. İyulun 13-də, oyun artıq 15 million dəfə yüklənilib. Survey Monkey verdiyi məlumata görə, iyulun 12-də Pokemon Go 21 million aktif istifadəçini cəlb edərək, ən çox istifadə olunan mobil oyunu olub. Əvvəl birinci yeri Candy Crush Saga (zirvə nöqtəsi 20 million aktiv istifadəçi), ikinci yeri isə Draw Something (zirvə nöqtəsi 16 million aktiv istifadəçi) tuturdu. Baxmıyaraq ki, tətbiq Niderlandda ancaq iyulun 15-də buraxılıb, ölkədə artıq 1,3 million istifadəçi onu oynuyurdu.

İstinadlar

Kateqoriya:Pokemon Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:2010-cu illərdə tendensiyalar və trendlər Kateqoriya:Videooyun mübahisələri Kateqoriya:Mobil oyunlar Kateqoriya:Android videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Çoxnəfərli videooyunlar