2000 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 45-ci Avroviziya Mahnı Müsabiqəsidir. Şarlotta Nilssonun ifa etdiyi "Take Me to Your Heaven" adlı mahnı ilə 1999 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2000-ci ildə İsveç dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində Ericsson Globe arenasında keçirilmişdir. Müsabiqə 2000-ci ilin 13 may tarixində baş tutmuşdur.
2000-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Bosniya və Herseqovina, Litva, Polşa, Portuqaliya və Sloveniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Finlandiya, İsveçrə, Makedoniya, Rumıniya və Rusiya əvəz etmişdir. Rusiya iki illik, Finlandiya, İsveçrə, Makedoniya və Rumıniya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. 2000-ci ildə eyni zamanda Latviya ilk dəfə Avroviziyaya qoşulmuşdur. Ümumilikdə 24 ölkənin iştirak etdiyi Avroviziya 2000-də Danimarka təmsilçiləri Olsen Brothers dueti ifa etdikləri "Fly on the Wings of Love" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1963-cü ildə Qrete və Yörqen İnqmann duetinin təmsilində qalibiyyət əldə etmiş Danimarkanın müsabiqədə ikinci qələbəsi idi.
Avroviziya 2000-in yadda qalan məqamlarından biri İsrail təmsilçilərinin ifası idi. Ölkəni təmsil edən "PingPong" qrupu səhnədə İsrail və Suriya bayraqlarını birlikdə dalğalandırmış və performansın sonunda qrupun iki kişi üzvü öpüşmüşdürlər. Qrupun üzvləri həmin performansın əsas məqsədinin dünyaya barış və bərabərlik mesajı vermək olduğunu bildirmişdirlər.
Final № Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İvritcə, İngiliscə PingPong "Sameach" () Xoşbəxt olun 22 7 02 İngiliscə Linda Vaqenmakers "No Goodbyes" Vidalaşmalara yox 13 40 03 İngiliscə Nikki Frenç "Don't Play That Song Again" O mahnını bir daha səsləndirmə 16 28 04 İngiliscə İnes "Once in a Lifetime" Həyatda bir dəfə 4 98 05 Fransızca Sofiya Mestari "On aura le ciel" Səma üzərimizdə olacaq 23 5 06 İngiliscə Taxi "The Moon" Ay 17 25 07 İngiliscə, Maltaca Klodett Peys "Desire" Arzu 8 73 08 İngiliscə Charmed "My Heart Goes Boom" Mənim ürəyim partlamağa hazırdır 11 57 09 İngiliscə Alsu "Solo" Tək 2 155 10 Fransızca Natali Sors "Envie de vivre" Yaşamaq arzusu 24 2 11 Yunanca, İtalyanca Voice "Nomiza" () İnandım 21 8 12 İngiliscə Auqust və Telma "Tell Me!" Söylə mənə! 12 45 13 İspanca Serafin Zubiri "Colgado de un sueño" Bir röyaya tutunmuşam 18 18 14 İngiliscə Olsen Brothers "Fly on the Wings of Love" Sevginin qanadlarında uç 1 195 15 Almanca, İngiliscə Ştefan Raab "Wadde hadde dudde da?" Orada nə var? 5 96 16 İtalyanca Ceyn Boqart "La vita cos'è?" Həyat nədir? 20 14 17 Xorvatca Qoran Karan "Kad zaspu anđeli" Mələklər yuxuya getdikdə 9 70 18 İngiliscə Rocer Puntare "When Spirits Are Calling My Name" Ruhlar mənim adımı çağırdıqda 7 88 19 Makedonca, İngiliscə XXL "100% te ljubam" () Səni 100% sevirəm 15 29 20 İngiliscə Nina Oström "A Little Bit" Biraz 18 18 21 İngiliscə Brainstorm "My Star" Mənim ulduzum 3 136 22 Türkcə, İngiliscə Pınar Ayhan və SOS "Yorgunum Anla" Yorulmuşam anla 10 59 23 İngiliscə İmonn Tol "Millennium of Love" Sevginin minilliyi 6 92 24 İngiliscə The Rounder Girls "All to You" Hamısı sənindir 14 34
Nəticələr Səsvermə metodu:Çəhrayı: SMS səsverməsi.Mavi: Münsif səsverməsi. Səs verən ölkələr Cəmi İsrail 7 6 1 Niderland 40 8 2 5 8 5 1 4 1 2 3 1 Böyük Britaniya 28 1 2 3 6 3 4 3 6 Estoniya 98 6 7 4 6 7 4 2 6 5 4 5 6 6 8 10 2 7 3 Fransa 5 2 3 Rumıniya 25 6 7 12 Malta 73 3 1 2 1 7 2 8 1 8 1 3 3 8 3 8 4 5 3 2 Norveç 57 7 3 3 3 7 7 7 6 10 4 Rusiya 155 10 8 10 5 12 12 8 7 12 8 5 6 4 2 12 5 7 5 10 7 Belçika 2 2 Kipr 8 1 3 4 İslandiya 45 5 6 7 12 8 7 İspaniya 18 5 2 10 1 Danimarka 195 12 10 12 8 7 1 8 10 12 10 4 12 10 12 10 12 10 12 1 12 10 Almaniya 96 8 5 10 3 4 6 6 12 2 12 1 2 8 5 12 İsveçrə 14 6 5 2 1 Xorvatiya 70 8 8 10 2 6 6 10 6 8 6 İsveç 88 6 5 1 4 5 5 4 6 10 8 3 6 7 12 6 Makedoniya 29 10 7 2 10 Finlandiya 18 5 7 4 2 Latviya 136 4 4 7 12 3 12 1 12 1 10 7 8 7 7 10 3 12 8 8 Türkiyə 59 12 12 1 3 1 10 5 1 5 4 5 İrlandiya 92 2 3 10 4 4 2 10 6 4 7 2 3 5 8 5 4 1 1 7 4 Avstriya 34 1 2 3 8 2 4 3 5 4 2
Xarici keçidlər Eurovision.tv
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:2000-ci ildə İsveç