Nikolay Georgiyeviç Bayev () — erməni əsilli memar və mülki mühəndis. Opera və Balet teatrının və Bakı Keçmiş Dəmiryol Vağzalı binalarının ucaldıb.
Həyatı left|thumb|Ağa Musa Nağıyev və Nikolas Bayev 1 saylı Bakı şəhər klinik xəstəxanasının bünövrə qoyulma mərasimində. 1875-ci ildə Həştərxanda doğulmuşdur.Баев Николай Георгиевич — Санкт-Петербургский государственный архитектурно-строительный университет. Atası Georgi tacir idi. 1896-cı ildə gimnaziyadan məzun olub Sankt Peterburqa gedənə qədər Həştərxanda təhsil almışdır.Nikoghayos Baev — Orientica.net 1901-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutundan məzun olub. Universitetin bir çox məzunu kimi o da Bakıya köçmüş və burada işləmək qərarına gəlmişdir. 1911–1918-ci illərdə Bakı şəhərinin baş mühəndisi idi.
Birinci Dünya müharibəsi başlayandan sonra Bayev bir müddət Bakını tərk edir və Yessentukidə qalır. Daha sonra isə Kislovodska köçür. 1921–1925-ci illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığı Bakı Tikinti İdarəsinin baş mühəndisi kimi çalışmışdır. 1929–1930-cu illərdə Bayev "Azselstroy" trestinin baş mühəndisi kimi fəaliyyət göstərmişdir. 1942-ci ildə Azərbaycan Memarlar İttifaqının üzvlüyünə daxil olmuşdur.Bakı Dövlət Layihə İnstitutu — Elçin Əliyev, İlqar İsbatov, 2012, ISBN 978-9952-8076-53, səh. 66
1927-ci ildə Bayev Ermənistana dəvət olunur və İrəvan Tikinti İdarəsində işləyir. İrəvanda Sundukyan adına teatr və pionerlər klubunun tikintisi ilə məşğul olur. 1930-cu ildə eyni küçədə yerləşən Ədliyyə nazirliyi və Mərkəzi Bankın tikintisini bitirir. 1938-ci ildə Kiyevə köçən Bayev bir müddət burada da işləyir.
1949-cu ildə İrəvanda vəfat edib.
İşləri AdıTikinti iliŞəkilAzərbaycan Dövlət Akademik Opera və Balet teatrı1911framelessMusa Nağıyev adına xəstəxana1913framelessSabunçu vağzalı1925framelessQabriel Sundukyan adına Ermənistan Dövlət Akademik Milli teatrı1922framelessErmənistan Mərkəzi Bankı1930frameless
İstinadlar
Kateqoriya:Ermənilər Kateqoriya:Bakı memarlığı Kateqoriya:İrəvanda vəfat edənlər Kateqoriya:Həştərxanda doğulanlar Kateqoriya:Erməni memarlar Kateqoriya:Ermənistan memarları