Kamran Namiq oğlu Şahsuvarlı () — Azərbaycanı təmsil edən boksçu. 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edir.
Kamran Şahsuvarlı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. 2017-ci ildə baş tutan Avropa Çempionatının gümüş, Dünya Çempionatının isə bürünc medallarına sahib olan Kamran Şahsuvarlı həm də 2014 və 2017-ci illərdə Azərbaycan Çempionatlarının qalibi olub.
Kamran Şahsuvarlı Azərbaycan idmanında xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
Həyatı Kamran Şahsuvarlı 1992-ci il dekabrın 2-də Qazaxıstanda anadan olub. Milliyyətcə azərbaycanlıdır. Təhsilini Qazaxıstanda alıb. İdmanla da burada məşğul olmağa başlayıb. Şəxsi məqşçisi Natiq Aslanlıdır.
Karyerası 2014-cü il: Azərbaycan Çempionatında qələbə Kamran Şahsuvarlı birinci ciddi uğuruna 2014-cü ilin yanvarında imza atdı. Kamran Şahsuvarlı Azərbaycan Çempionatının final görüşündə Xaybula Musalova qalib gəldi və turnirin qalibi oldu. Həmin ilin martında isə Kamran Şahsuvarlı beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. Şağan qəsəbəsində baş tutan beynəlxalq turnirin final görüşündə Kamran Şahsuvarlı Litva nümayəndəsi Tomas Pirovun üzərində qələbə qazandı və turnirin qızıl medalına sahib oldu. Daha sonra Kamran Şahsuvarlı ABF Azerbaijan Cup beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirin final görüşündə Nixolay Veselova 1:2 hesabı ilə məğlul olan Kamran Şahsuvalı turnirin gümüş medalına sahib oldu. Kamran Şahsuvarlı 2014-cü ildə son uğuruna isə Rusiyada imza atdı. Fərman Salmanovun xatirəsinə həsr olunan beynəlxalq turnirin final görüşündə rəqibinə məğlu olan Kamran Şahsuvarlı turniri gümüş medalla başa vurdu.
2015-ci il: Xaybula Musalovla rəqabət 2015-ci ildə Kamran Şahsuvarlının birinci turniri Azərbaycan Çempionatı oldu. Yanvarda baş tutan Azərbaycan Çempionatının final görüşündə Kamran Şahsuvarlı bir il əvvəl həmin turnirin final görüşündə qalib gəldiyi Xaybula Musalov ilə üz-üzə gəldi. Bu səfər final görüşündə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Kamran Şahsuvarlı martda Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi və İtaliyada baş tutan təlim-məşq toplanışlarına aparıldı. 2015-ci ilin əsas turnirlərindən biri iyunda Azərbaycanda baş tutacaq I Avropa Oyunları oldu. Bu turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinin formalaşdırılması üçün apreldə beynəlxalq turnir baş tutdu. Həmin turnirdə mübarizə aparan Kamran Şahsuvarlı yarım-final mərhələsində məğlub oldu və turniri bürünc medalla başa vurdu. Turnirin qalibi olan Xaybula Musalovun isə Avropa Oyunlarında mübarizə aparmasına qərar verildi. Nəticədə Xaybula Musalov Avropa Oyunlarının gümüş medalına sahib oldu. Olimpiadaya lisenziya verən Dünya Çempionatında isə Xaybula Musalov zədə səbəbilə mübarizə apara bilmədi. Həmin ilin sonlarında Rabat şəhərində baş tutan təlim-məşq toplanışlarına Kamran Şahsuvarlı çağırıldı.
2016-cı il: Rio-de-Janeyro Olimpiadası
Kamran Şahsuvarlının 2016-cı ildə birinci turniri fevralda Macarıstanın Debretsen şəhərində baş tutan beynəlxalq turnir oldu. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Kamran Şahsuvarlı turnirin həlledici görüşündə məğlub oldu və turniri gümüş medalla. Buu turnirdən sonra Kamran Şahsuvarlı Birləşmiş Ştatların Kolorado ştatında təlim-məşq toplanışlarında oldu. Kamran Şahsuvarlının növbəti turniri martda Azərbaycanda baş tutan beynəlxalq turnir oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı qızıl medalın sahibi oldu. Apreldə isə Kamran Şahsuvarlının birinci ciddi sınaq gözləyirdi. 8-18 apreldə Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin əsas məqsədi avqustda baş tutacaq Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq idi. Turnirin təsnifat mərhələsində Kamran Şahsuvarlının rəqibi Fransa nümayəndəsi Kristian M'billi oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:3 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı. İyunda isə Azərbaycanda Dünya Olimpiya Təsnifat Turniri baş tutdu. Kamran Şahsuvarlının olimpiya lisenziyasına sahib olması üçün bu sonuncu şans idi. Turnirin təsnifat mərhələsindən azad olan Kamran Şahsuvarlının 1/16 final mərhələsində rəqibi Albaniya nümayəndəsi Arjon Kajoşi oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 3:0 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Yohan Qonzalez oldu. Bu görüşdə də Kamran Şahsuvarlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İrlandiya nüayəndəsi Mixael O'Reilli oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:3 hesabı ilə məğlub oldu və mübarizəsini dayandırdı. Turnirin reqlamentinə əsasən turnirin yarım-finalçıları, həmçinin turnirin qalibi olan idmançının 1/4 final mərhələsində qalib gəldiyi idmançı olimpiya lisenziyasına sahib olmalı idi. Nəticədə Mixael O'Reilli turnirin qalibi oldu və beşinci pillənin sahibi olan Kamran Şahsuvarlı olimpiya lisenziyasına sahib oldu.
Kamran Şahsuvarlının olimpiadaya hazırlıq mərhələsi iyunda Birləşmiş Ştatların Kolorado ştatında baş tutan təlim-məşq toplanışlarında oldu. XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin 5-22 avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutdu. Kamran Şahsuvarlının birinci görüşü avqustun 8-də oldu. 1/16 final mərhələsində onun rəqibi Çin nümayəndəsi Jao Minqqanq oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi 2010-cu il Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Artyom Çebotarev oldu. Avqustun 12-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Yanibəy Alimxanulu oldu. Yanibəy Alimxanulu Asiya Çempionatının, Asiya Oyunlarının və Dünya Çempionatının qalibi olan təcrübəli idmançı idi. Kamran Şahsuvarlı görüşdən əvvəl müsahibəsində bunları bildirdi: Mən Qazaxıstanda çıxış edən Yanibəy Alimxanuluya məğlub olmuşdum. İndi isə ona qalib gəlməyi qarşıma məqsəd qoymuşam. Avqustun 15-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı. Bununla da Kamran Şahsuvarlı olimpiadanın bürünc medalını təmin etdi. Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində bunları bildirdi: Mən turnirin favoriti deyildim. Məndən medal gözləyən yox idi. Üstümdə heç bir təzyiq yox idi. Məhz bu amillər medala sahib olmaqda yardım etdi. Finala gedən yolda onun rəqibi 2015-ci il Dünya Çempionatının qalibi olan Kuba nümayəndəsi Arlen Lopez oldu. Avqustun 18-də baş tutan görüşdə təcrübəli rəqəbinə 0:3 hesabı ilə məğlub olan Kamran Şahsuvarlı XXXI Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu. Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində məğlubiyyətini şərh etdi: Rəqibim həddən artıq güclü və təcrübəli idi. Ona yaxınlaşa bilmədim, nəticədə də özüm zərbələr buraxdım.
Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli 2292 nömrəli Sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Kamran Namiq oğlu Şahsuvarlı "Tərəqqi" medalı ilə təltif edildi.
2017-ci il: Avropa və Dünya Çempionatlarında medallar thumb|300x300px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev Kamran Şahsuvarlıya yeni mənzilin orderini təqdim edən zaman (24.12.2016) Olimpiadadan sonra Kamran Şahsuvarlının birinci turniri 2017-ci ilin yanvarında baş tutan Azərbaycan Çempionatı oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı çempionatın qalibi oldu.
Mövsümün birinci nüfuzlu turniri 12-22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunları oldu. Kamran Şahsuvarlının 1/8 final mərhələsində rəqibi Qayana nümayəndəsi Desmond Amsterdam oldu. Mayın 12-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi İhsan Ərdoğan oldu. Mayın 16-da baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Misir nümayəndəsi Yones Harrum oldu. Bu görüşdə də Kamran Şahsuvarlı rəqibinə qalib gəldi və İslamiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Tursınbəy Qulamxet oldu. Mayın 18-də Kristal Zalında baş tutan final görüşündə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Kamran Şahsuvarlının növbəti turniri bir ay sonra, 16-24 iyunda Xarkov şəhərində baş tutan Avropa Çempionatı oldu. Avropa Çempionatlarında debüt edən Kamran Şahsuvarlı təsnifat mərhələsindən azad idi. 1/8 final mərhələsində onun rəqibi İrlandiya nümayəndəsi Emmett Brennan oldu. İyunun 20-də baş tuta görüşdə Kamran Şahsuvarlı rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Silvio Şierle oldu. Həmin görüşdə də Kamran Şahsuvarlı rəqibi üzərində qələbə qazandı (4:1) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Macarıstan nümayəndəsi Zoltan Harçsa oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 4:1 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Olexandr Xijnyax oldu. İyunun 24-də baş tutan final görüşündə Kamran Şahsuvarlı rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bununla da Kamran Şahsuvarlı Avropa Çempionatını gümüş medalla başa vurdu.
İlin əsas turniri 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində baş tutan Dünya Çempionatı oldu. Mövsümün əvvəlində Azərbaycan Çempionatının qalibi, sonra isə İslam Həmrəyliyi Oyunları və Avropa Çempionatında finallarda mübarizə apran Kamran Şahsuvarlı bu səfər mundialın medalına iddialı idi. Təsnifat mərhələsindən azad olan Kamran Şahsuvarlı 1/8 final mərhələsində Niderland nümayəndəsi Max van der Pas ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 3:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kolumbiya nümayəndəsi Yorge Vivas oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Kamran Şahsuvarlı rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı. Bununla da Kamran Şahsuvarlı Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Qazaxıstan nümayəndəsi Əbilxan Amanqul oldu. Bu görüşdə Kamran Şahsuvarlı rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatını bürünc medalla başa vurdu.
2018-ci il: Təlim-məşq toplanışları 2018-ci il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. İdmançılar bu il də əsasən beynəlxalq turnirlərdə mübarizə apardı və təlim-məşq toplanışlarında oldu. Kamran Şahsuvarlı da Qəbələ İdman Klubunun heyətində Krivoy Roq şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.
2019-cu il: Uğursuz mövsüm 2019-cu ildə Kamran Şahsuvarlının birinci turniri apreldə Azərbaycanda baş tutan beynəlxalq turnir oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı qızıl medalın sahibi oldu.
Daha sonra Kamran Şahsuvarlı Rusiyanın St. Peterburq şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı. Kamran Şahsuvarlı həmin turnirin 1/4 final mərhələsində məğlub oldu və turniri beşinci pillədə başa vurdu.