Heal the World — Maykl Ceksonun 1991-ci ildə çıxan Dangerous albomunda olan mahnılarindan biri.Mahnı Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnının həm sözlərinin həm də musiqisinin müəllifi Maykl Cekson özüdür. Mahnının klipində Maykl Cekson özü çəkilməmişdir.Klipdə müxtəlif millətlərdən və irqlərdən olan uşaqlar əllərində güllə əli silahlı əsgərlərin üstünə gedir və onları silahı tərk etməyə məcbur edirlər.

Klipin çəkilməsindən sonra Maykl Cekson Heal the World Foundation xeyriyyə təşkilatını yaratmış və mahnıdan gələn gəliri həmin təşkilata bağışlamışdır.Təşkilat uşaqlara gözəl həyat qurmağa kömək edir və onlara bir-birinə kömək etməyi öyrədir.

Mahnı Maykl Ceksonun uğurlu mahnılarından biridir.Heal The World Spanish Singles Chartda birinci,UK Singles Chartda ikinci,Billboard Hot 100 -də isə iyirmi yeddinci yerə qədər yüksəlmişdir.

Sertifikatları Ölkə Sertifikat Satış Almaniya Gold 250,000 Yeni Zellandiya Gold 7,500

Kompozisiyalarının siyahısı

İstinadlar

Xarici keçidlər Klipini izlə Heal The World Foundation

Həmçinin bax

Kateqoriya:Maykl Cekson mahnıları Kateqoriya:1992-ci ilin mahnıları Kateqoriya:1992-ci ilin sinqlları Kateqoriya:1991-ci ilin mahnıları