Apameyalı Numenius (yun. Νουμήνιος ὁ ἐξ Ἀπαμείας, m. II yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi.
Təlimi Onun fikrincə tam olan varlığın üç əsası vardır.Евсевий Памфил. Евангельское приготовление. Книга XI / Перевод А. Ястребова // Богословский сборник. М.: Православный Свято-Тихоновский богословский институт, 2001, c. 158–162. Birincisi İlk Tanrıdır. O özünə qapanmış halda mövcuddur. İkincisi İkinci Tanrıdır. O maddə ilə münasibətdə olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən isə əbədi olan maddəyə yönəlir. Varlığın üçüncü əsasını isə kosmos təşkil edir.
Başqa məlumatlara görə, o varlığın üçüncü əsasını kosmosda deyil, Dünya Ruhunda görürdü.Нумений // Философский энциклопедический словарь / Гл. ред. Ильичев Л. Ф., Федосеев П. Н. и др. М.: Советская энциклопедия, 1983. Ondan insan ruhunun ölən hissəsi yaranmışdır. İnsan ruhunun əqli hissəsi isə ölməzdir və dünya Əqlinə yönəlir.
Numenius platonçuluğu Müqəddəs kitabın (Bibliyanın) dünyagörüşünə, eləcə də Hind, Misir və digər dini təlimlərlə yaxınlaşdırmaq və uyğunlaşdırmaq istəmişdir. Hətta o, Platonu Musaya bənzədirdi.The Miscellanies; or, Stromata // Ante-Nicene. Christian Library. The Writings of the Fathers Down to A. D. 325. Vol. IV. Clement of Alexandria. Vol I. Edinburgh: T. and T. Clarc, 1867, p. 449 Bunun da zərurəti ondan doğmuşdur ki, o zaman Romada ənənəvi yunan-roman dini böhranda idi və eyni zamanda imperiyada çoxlu dinlər ortaya çıxmışdır. Onlardan biri də sonralar dövlət dininə çevrilmiş Xristianlıq idi. Buna görə də, o dövrün filosofları bu həqiqətləri nəzərə alıb antik təlimləri başqa inanclarla, xüsusən də Xristianlıqla qarışdırmağa çalışırdılar. Numeniusun varlıq haqqında nəzəriyyəsi də bu qəbildən idi. Sonralar bu ideya yeni-platonçular tərəfindən daha da inkişaf etdirilərək Xristian inancına uyğunlaşdırıldı.
Mənbə
Ədəbiyyat
Guthrie, Kenneth S., Numenius of Apamea, The Father Of Neo-Platonism — Works, Biography, Message, Sources, And Influence, Moran Press, 2008, 228 p. The Miscellanies; or, Stromata // Ante-Nicene. Christian Library. The Writings of the Fathers Down to A. D. 325. Vol. IV. Clement of Alexandria. Vol I. Edinburgh: T. and T. Clarc, 1867, p. 449. Евсевий Памфил. Евангельское приготовление. Книга XI / Перевод А. Ястребова // Богословский сборник. М.: Православный Свято-Тихоновский богословский институт, 2001, c. 158–162. Лосев А. Ф. История античной эстетики: Поздний эллинизм. — М.: Искусство, 1980. — С. 132–134. Нумений // Философский энциклопедический словарь / Гл. ред. Ильичев Л. Ф., Федосеев П. Н. и др. М.: Советская энциклопедия, 1983.
Həmçinin bax Neopifaqorçuluq
İstinadlar Kateqoriya:II əsr şəxsləri Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar Kateqoriya:Mistika Kateqoriya:Roma imperiyasında din Kateqoriya:Neoplatonistlər Kateqoriya:Qədim Roma filosofları Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri