Elvin Ağayev (; ) — azərbaycanlı politoloq, tədqiqatçı.
Həyatı və fəaliyyəti
Elvin Elbrus oğlu Ağayev 1987-ci il iyulun 11-də Bakı şəhərində anadan olmuşdur. Universitetə qədər təhsilini eyni şəhərdə tamamlamışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti'nin Ümumi İqtisadiyyat Fakültəsində başladığı bakalavr təhsilini 2008-ci ildə bitirmişdir. Bakalavr təhsilini Azərbaycan'da yekunlaşdırdıqdan sonra magistr təhsilini Türkiyə'nin İstanbul şəhərində yerləşən İstanbul Aydın Universiteti'nin "Political Science and International Relations" magistr fakültəsində İngilis dilində tamamlamışdır.
2012-ci ildə Elvin Ağayev və Filiz Katman'ın birlikdə yayımladıqları "Rusiya-Suriya Münasibətlərinin Tarixi Bağları və Bu Günü" adlı məqalə, beynəlxalq əlaqələr sahəsində dünyanın bəzi akademik jurnal və araşdırma mərkəzləri tərəfindən yayımlanmış, həmçinin bu məqalə ABŞ'ın Kentukki ştatında yerləşən Kentukki Universitetinin Bakalavr Araşdırma Milli Konfransı tərəfindən və bir çox digər beynəlxalq elmi araşdırmaçılar tərəfindən qaynaq olaraq istifadə edilmişdir. Faith Olanrewaju, Segun Joshua, “The Diplomatic Dimensions of the Syrian Conflict”, Jadavpur Journal of International Relations, 19 pp. 43-63 Elvin Ağayevin, "Keçmişdən Bu Günə Almaniya-Türkiyə Münasibətləri" adlı elmi məqaləsi isə 2012-ci ildə Almaniya'nın Ştuttqart şəhərində keçirilən beynəlxalq elmi konfransda yayımlanmışdır. 2013-cü ildə müəllifi olduğu "Liviya'da 'Ərəb Baharı'nın Analizi və Arxa Planı" isimli məqaləsinin ana mövzusu 2011-ci ildə Liviya'da baş verən vətəndaş müharibəsi haqqında olmuşdur. Elvin Aghayev, “Analysis and background of the 'Arab Spring' in Libya”, Journal of European Researcher, Vol. 39 No. 1-2; January 2013, p.193-198. ISSN 2219-8229(print), E-ISSN 2224-0136 (online) Bu elmi məqalə başda ABŞ'ın Harvard Universiteti'nin Sosial Elmlər İnstitutu və İngiltərə'nin Oksford Universiteti'nin "Global İqtisadiyyatın Yenidən Qurulması üzrə Beynəlxalq Konfrans"ı tərəfindən habelə bir çox beynəlxalq tədqiqatçılar tərəfindən də akademik qaynaq olaraq istifadə edilmişdir. Carmen Geha, “Civil Society and Political Reform in Lebanon and Libya”, Routledge, 2016, ISBN: 1317290224, 9781317290223 Ağayev eyni zamanda ABŞ'ın Yuta ştatında yerləşən Yuta Universiteti'nin siyasət sahəsində təsis etdiyi "Political Research Quarterly" adlı beynəlxalq elmi jurnalın hakimlərindən biridir.
2013-cü ildən etibarən mərkəzi Vaşinqton'da yerləşən "The Independent International Political Research Center" (Müstəqil Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzi) qurumunda baş tədqiqatçı kimi çalışan Ağayev, ana dili ilə yanaşı İngilis, Rus, Türk və Ərəb dillərini bilir.Ağayev eyni zamanda qlobal yayım orqanı olan, məşhur The Huffington Post nəşrinin beynəlxalq əlaqələr üzrə təhlilçi və yazarlarından biridir.
Müsahibələr
The Future of the Russian and Syrian Relationship - Huffington Post
Mənbə
Elvin Aghayev - Huffington Post Elmi məqalələrinə istinad edən akademik tədqiqatçıların siyahısı və sayı - Google Scholar Kim Kimdir? - Türkiyənin Biyoqrafiya Saytı The Independent International Political Research Center - Elvin Aghayev
İstinadlar
Xarici keçidlər
Twitter hesabı - twitter.com/Elvin_Aghayev
Kateqoriya:Azərbaycan politoloqları Kateqoriya:Azərbaycanlı politoloqlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:ABŞ alimləri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:Akademiklər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Əlifba sırasına görə alimlər