Qarrinça (; tam adı: ; ) — Braziliyanın məşhur futbolçularından biri. Yarımmüdafiəçi mövqeyində çıxış edib. O, XX əsrin ən yaxşı futbolçuları siyahısında dünya futbolçuları arasında 8-ci, Cənubi Amerikadan olanlar arasında isə 4-cü yeri tuturBu gün onun 80 yaşı tamam olacaqdı: "Qarrinça, xalqın fəxri" - VİDEO - FOTO . milli.az, 28.10.2013 .

Həyatı Qarrinça 28 oktyabr 1933-cü ildə Rio-de-Janeyro yaxınlığındakı Pau-Qrandi kəndində kasıb bir ailədə anadan olub.

Qarrinça anadan olduğu zaman çox zəif idi; həmçinin qıçlarında anatomik pozuqlar olubAygün İlqarqızı. Müxtəlif qadınlardan 13 uşaq sahibi olan “axmaq” dahi - Qaynanasını necə öldürdü? - VİDEO . publika.az, 22.02.2014 . Sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi. Həmçinin sağ ayağı sol ayağından 6 santimetr daha qısa idi. Ailəsinin kiçik Qarrinçanı müalicə etdirmək imkanı yox idi.

14 yaşındaykən doğulduğu şəhərdə tekstil fabrikində işə başlayır.

Şəxsi həyatı Qarrinçanın ilk evliliyini 18 yaşında olarkən baş tutub. Nair adlı qadınla evlililiyindən Qarrinçanın 8 uşağı dünyaya gəlmişdir. Amma Qarrinçanın uşaq sahibi olduğu tək qadın Nair deyildi. Rio-de-Janeyrodakı sevgilisindən 2, Dünya Kuboku üçün getdiyi İsveçdə tanış olduğu sevgilisindən də 1 uşağı var. Onun sonuncu sevgilisi isə Braziliyanın məşhur sambacılarından Elza Soaresdir. Ümumilikdə 4 müxtəlif qadınlardan 13 uşağın atası Qarrinçanın övladlarından 10-u qız, 3-ü oğlandır.

Karyerası Klub karyerası Fabrikdə işlədiyi dövrdə o, futbol qabiliyyətini də sərgiləyirdi. Bir çox klubda baxışdan keçir. Amma buna baxmayaraq uzun müddət peşəkar futbola addım ata bilmir. İlk peşəkar müqaviləsini Gentil Kardosonun tövsiyəsiylə "Botafoqo" klubu ilə bağlayır. 19 iyul 1953-cü ildə "Botafoqo" formasıyla çıxdığı ilk matçda 3 qol vurur və bundan sonra 1966-ci ilə qədər klubun formasını geyinir.

Qarrinçanın karyerası "Botafoqo" klubunda parlamağa başlamışdır. O, burada 614 oyuna 245 qol vurub. "Botafoqo"da ciddi zədələnəndən sonra klub onu satır. Amma Qarrinça "Botafoqo"dan sonra heç bir klubda uzun zaman qala bilmirdi.

Karyerası ərzində 6 müxtəlif klubda forma geyinən Qarrinça 1972-ci ildə Rio-de-Janeyronun kiçik komandası olan "Olariya"da karyerasını bitirir.

Milli karyerası 1955-ci ildən 1966-cı ilə kimi Qarrinça Braziliya yığmasında oynamış və Dünya Kubokun ikiqat qalibi olmuşdur. 1958 və 1962-ci illərdə Dünya Kubokunda 4 top ilə ən yaxşı bombardir olmuşdur.

Statistika Klub MövsümKlubLiqaLiqaKubokQitəDigərCəmiOyunQolOyunQolOyunQolOyunQolOyunQol 1953 "Botafoqo" KL 26 20 – – – – 0 0 26 20 1954 KL 26 7 – – – – 9 1 35 8 1955 KL 19 3 – – – – 9 2 28 5 1956 KL 20 5 – – – – 0 0 20 5 1957 KL 21 6 – – – – 9 2 30 8 1958 KL 26 10 – – – – 9 1 35 11 1959 KL 23 9 – – – – 5 3 28 12 1960 KL 21 8 – – – – 9 1 30 9 1961 KL 21 6 – – – – 11 2 32 8 1962 KL 21 8 3 0 – – 7 2 31 10 1963 KL 3 1 1 0 2 0 1 0 7 1 1964 KL 4 0 – – – – 7 3 11 3 1965 KL 5 2 – – – – 7 0 12 2"Botafoqo"da ümumi 236 85 4 0 2 0 83 17 325 102 1966 "Korintians" PL 4 0 – – – – 6 1 10 1 1968 "Atletiko Xunior" KÇ 1 0 – – – – – – 1 0 1968 "Flamenqo" KL 0 0 – – – – – – 0 0 1969 KL 4 0 – – – – – – 4 0 1972 "Olariya" KL 8 0 – – – – – – 8 0Yekun 253 85 4 0 2 0 89 18 348 103

Milli 300px|right|thumb|Qarrinça (solda) FİFA Dünya Kuboku 1962-də Mənbə: Rsssf.com"Manoel Francisco dos Santos "Garrincha" - International Appearances and Goals" . Rsssf.com Braziliya milli futbol komandasıİlOyunQol1955101956001957601958501959401960521961411962126196300196400196560196673Yekun5012

Vəfatı Qarrinça 19 yanvar 1983-cü ildə spirtli içkinin yaratdığı xəstəlik ucbatından komaya düşür. Xəstəxanaya qaldırılsa da komadan çıxa bilmir. Nəticədə 1983-cü ildə, yanvarın 20-də saat 06:00 radələrində Rio-de-Janeyroda vəfat edir. Ölüm səbəbi serroz olaraq qeyd edilir.

Onun qəbri öz vəsiyyətinə uyğun olaraq, doğulduğu Pau-Qrandi kəndindədir. Məzar daşında bu sətirlər yazılıb:

Xatirəsi thumb|Marakana stadionunda Qarrinçanın büstü Onun haqqında "Qarrinça, xalqın fəxri" adlı film çəkilmişdir. Braziliya Milli Stadionu və doğma Pau-Qrandidəki stadion onun adını daşıyır. thumb|center|500px|Mane Qarrinça adına Braziliya Milli Stadionu.

Biblioqrafiya Original in Portuguese: Estrela Solitária (Lonely Star), 1995

İstinadlar

Xarici keçidlər

Sporting Mavericks Hall of Fame Entry Brazilian Football Museum Hall of Fame

Detail of international appearances and goals by RSSSF Profile at the International Football Hall of Fame ABC (Australia) BBC biography Biography at The Hindu Online

BBC Documentary video, and Dünya futbolunun nadir inciləri-Qarrinça - YAZI. rekord.az, 05.02.2014

Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Botafoqo FK futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Flamenqo FK futbolçuları Kateqoriya:Korintians FK futbolçuları Kateqoriya:1966 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri