Mixail Edişeroviç Çiaureli (; 1894 — 1974) — Gürcüstan kinorejissoru, SSRİ xalq artisti (1948). Həyatı Mixail Çiaureli 6 fevral 1894-cü ildə Tbilisidə anadan olub. 1916-cı ildə Tbilisi Boyakarlıq və Heykəltəraşlıq məktəbini bitirmişdir. 1921-ci ildən teatrda rəssam, rejissor, aktyor işləmişdir. Kinoda aktyor kimi debütü "Arsen Corciaşvili" filmində olmuşdur (1921, Arsen). "Suram qalası" (1923, Osman ağa), "Keçmişin dəhşətləri" (1925, Harun), "Natella" (1926, Condo), "Xanuma" (1927, Siko) filmlərinə çəkilmişdir. 1928-ci ildə Yefim Dziqanla birlikdə "Birinci kornet Streşnev" filmini çəkmişdir. Ən yaxşı filmləri: "Son saatda" (1928), "Saba" (1929), "Axırıncı maskarad" (1934, ilk səsli gürcü filmi), "Arsen" (1937), "Georgi Saakadze" (1942), "And" (1946), "Berlinin süqutu" (1950), "Bir qız haqqında povest" (1960), "İndi başqa zəmanədir" (1965) və s. Bir neçə animasiya filmi də çəkmişdir. 1948-ci ildə SSRİ xalq artisti adı almışdır. Beşqat Stalin mükafatı laureatıdır (1941, 1943, 1946, 1947, 1950). Mixail Çiaureli 31 oktyabr 1974-cü ildə Tbilisidə vəfat etmişdir. Mənbə AME. 5-ci cild. Bakı 2014. səh 550. Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ heykəltaraşları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Gürcüstan pedaqoqları Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:XX əsr rəssamları
Źródło i licencja
Na podstawie: Wikipedia — Mixail Çiaureli · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.