Sekst Empirik (, 160–210) — skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısıMary Mills Patrick. Sextus Empiricus and Greek Scepticism. Cambridge Deighton Bell & Co. London George Bell & Sons, 1899, p. 21.. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekst Empirik ixtisasca həkim idi. O, "Pirron müddəaları" () və "Riyaziyyatçılara qarşı" () kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir.

Fəlsəfəsi Sekst Empirik skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı. Onun əsərlərində skeptisizm ətraflı və dolğun bir təlim kimi təqdim edilmişdir. Sekst Empirik Enesidemusdan sonra skeptisizmin əsaslarını sübuta yetirən 10 troposda yetərincə dəyişikliklər etmiş, onları yenidən sistemləşdirmişdir.

Digər antik dövr mütəfəkkirləri biliyin əldə olunmasının mümkünlüyünü (qnostisizm) iddia edirdilər. Sekst Empirik isə şübhəçilərin ənənəsini davam etdirərək iddia edirdi ki, bilik nisbidir. Ona görə də, problemlərin həlli və şeylərin mahiyyətini açmaq cəhdlərindən çəkinmək lazımdırMary Mills Patrick. Sextus Empiricus and Greek Scepticism. Cambridge Deighton Bell & Co. London George Bell & Sons, 1899, p. 22.. Belə olarsa, insan kamilliyə çatmış olar. Onun fikrincə qanunlar, ənənələr, qaydalar və vərdişlərə riayət edilməlidir. Eyni zamanda sağlam düşüncəyə də xüsusi yer verilməlidir.

Qədim zamanlardan başlayaraq duyğular vasitəsilə əldə edilən biliyin nisbiliyini və ziddiyyətli olduğunu sübuta yetirmək istəyən mütəfəkkirlər öz dəlillərini Sekst Empirikin kitablarından gətirirdilər. Onun "problemlərin həllindən çəkinmə" prinsipi tibb, fiziologiya, zoologiya, fizika və digər elmlərdən alınmış faktlara əsaslanırdı.

Ədəbiyyat

Bailey, Alan, Sextus Empiricus and Pyrrhonean scepticism, Oxford: Oxford University Press, 2002. Brennan, Tad, Ethics and Epistemology in Sextus Empiricus, London: Garland, 1999. Секст Эмпирик. Три книги Пирроновых положений. / Пер. Н. В. Брюлловой-Шаскольской, предисл. А. И. Малеина. СПб., 1913. 215 стр. Секст Эмпирик. Сочинения. В 2 т. / Пер. Н. В. Брюлловой-Шаскольской и А. Ф. Лосев. Общ. ред. и вступ. ст. А. Ф. Лосева. (Серия "Философское наследие"). М.: Мысль, 1976. 1250000 экз. Т. 1. 400 стр. Т. 2. 424 стр.

Həmçinin bax Skeptisizm Pirron Enesidemus Aqrippa

İstinadlar

Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Epistemoloqlar Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Empirizm