İstiqlaliyyət salonu () — Tomas Ceffersonun 1776-cı il 4 iyulda ABŞ istiqlal bəyannaməsini yazdıgı yer. 100 dolların arxasında İstiqlaliyyət salonunun təsviri vardır.
Bu bina, ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Müstəqillik Milli Tarix Parkının qərargahıdır. Çestnut () küçəsində, 5-ci və 6-cı küçələrin arasında yerləşir. O, həm ABŞ İstiqlaliyyət Bəyannaməsinin, həm də ABŞ Konstitusiyasının müzakirə edildiyi və qüvvəyə mindiyi bina kimi tanınır.
Binanın tikintisi 1753-cü ildə başa çatdırılmış və bu zaman "Pensilvaniya Ştat Məcisi" () adlandırılmışdır. Bina 1775-ci ildən 1783-cü ilə qədər İkinci Kontinental Konqresin keçirildiyi əsas məkan olmuş və eyni zamanda da, 1787-ci ilin yayında Filadelfiya müqaviləsinin imzalandığı yer olmuşdur. Bina Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
İstinadlar
Kateqoriya:ABŞ tarixi Kateqoriya:ABŞ-dəki ümumdünya irsi Kateqoriya:Pensilvaniya muzeyləri Kateqoriya:Filadelfiyadakı binalar və tikililər Kateqoriya:ABŞ muzeyləri