Burika () — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın cənubunda, Panamanın qərbində yerləşən yarımada. Coğrafiyası Ensiz və uzunsov formaya malik yarımada Sakit okean suları ilə əhatələnmişdir. Yarımada boğazla Burika adasından ayrılır. Yarımada həm də Kosta-Rikanın ən ucqar cənub nöqtəsidir. Ən hündür nöqtəsi 257 metrdir. Yeganə ən böyük şəhəri Puerto-Amuelesdir. Şəhərin 8 200 nəfər əhalisi vardır (2005). Yerli əhali əsasən balıqçılıqla məşğul olur.

Sahiblənmə statusu Eçandi-Fernandes anlaşması 1941-ci ilin mayında imzalanması ilə yarımada iki ölkə arasında bölünmüşdür. Nəticədə yarımadanın ⅔ Panamaya və yalnız ⅓ Kosta-Rikaya verilir. Yarımada iki ölkə arasında sərhəd olmaqla yanaşı həm də iki saat qurşağı kəsişir.

Xarici keçidlər Видео полуострова на Youtube.com Península de Burica

Kateqoriya:Panama yarımadaları Kateqoriya:Kosta-Rika yarımadaları