thumb|left Tokantins () — Cənubi Amerikanın şərqindən keçən, Braziliyanın Qoyas, Tokantins, Marayan ştatları ərazisindən axan çay. Çayın uzunluğu 2850 km təşkil edir.

Başlanğıcını Marayan və Almas çaylarının birləşməsindən götürür. Mənbə Serra-Dorada silsiləsinin şərq ətəklərində yerləşir. Braziliya öndağlığından Braziliya düzənliyinə keçir. Dağlıq ərazilərdə astanalar müşahidə edilir. Düzənlikdə 350 km məsafədə naviqasiyaya yararlıdır. Ən böyük qolu Araquaya çayıdır. Əsasən yağışlarla qidalanır. Mart-aprel ayları gursululuq dövrüdür. Bu zaman suyun səviyyəsi 7–9 m qalxır. Orta su sərfiyyatı 16 300 m³/s-dir. Formal olaraq Tokantins-Araquaya çaylarını Amazona daxil etsələrdə ayrı sistemə malikdir. Hövzəsinin sahəsi 770 min. km²Tocantins River (river, Brazil) — Britannica Online Encyclopedia təşkil edir.

Suyunun gücündən istifadə edilir. 2016-cı ildə üzərində beş bənd inşa edilmişdir ki, nəticədə Tukurui və Serra-da-Meza SES formalaşmışdır. Sahilində yerləşən şəhərlər: Usuasu, Portu-Nasiunal, Pedru-Afonnsu, Palmas, Mirasena-du-Tokantins, Karolina, Tоkantinopolis, İmperantis, Maraba, Tukurui. Zəngin flora və faunaya malikdirProvete, D.B. (2013). Tocantins River. 1237-1239.

İstinadlar

Kateqoriya:Maranyan çayları Kateqoriya:Para çayları Kateqoriya:Qoyas çayları Kateqoriya:Tokantins çayları Kateqoriya:Atlantik okeanın Cənubi Amerika hövzəsi