Dino Ndlovu () — Cənubi Afrikalı futbolçu. Türkiyə 1-ci Liqasında "Sakaryaspor"un və Cənubi Afrika milli futbol komandasının heyətində çıxış edir.

Klub karyerası

Qarabağ

2016–2017 mövsümü Ndlovu mövsümü 15 qol ilə bitirdi. Futbolçu "Qarabağ" ilə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qalibi oldu.

2017–2018 mövsümü

UEFA Çempionlar Liqası Dino yeni mövsümdəki ilk matçına UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin birinci oyununda "Samtredia" qarşısında çıxdı. CAR-lı futbolçu "Qarabağ"ın 5–0 hesabı ilə qalib gəldiyi oyunda 37-ci və 45-ci (P) dəqiqələrdə 2 qol atdı. Digər qolu isə daha yadda qalan oldu. UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin ikinci oyununda "Şerif"ə qarşı keçirilən oyunda ilk qolu atan Dino yazılan tarixin baş rolundakı futbolçulardan biri oldu. "Qarabağ" rəqibinə 2–1 hesabı ilə qalib gəldi. Pley-off mərhələsinə yüksələn "Qarabağ"ın rəqibi Danimarkanın "Kopenhagen" klubu oldu. İkinci oyunda "Qarabağ"ın yeganə qolunu atan Dino Azərbaycan futbolundakı ilki gerçəkləşdirən klubun önəmli futbolçularından biri olduğunu göstərdi. "Qarabağ" UEFA Çempionlar Liqasında "Çelsi", "Atletiko Madrid" və "Roma" kimi nəhəng klublarla bir qrupa düşdü.

Azərbaycan Premyer Liqası "Qarabağ" Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi" ilə qarşılaşdı. Dino matçın 62-ci dəqiqəsində Mahir Mədətovun ötürməsindən sonra hesabı 3–0 edən qolu vurdu. Bu oyunda "Qarabağ" rəqibini 3–1 hesabı ilə məğlub etdi.

İstinadlar

Kateqoriya:CAR futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Çin Super Liqası futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Çində legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular