Kirenalı Teodorus və ya Ateist Teodor (yun. Θεόδωρος, m. ö. V – IV yüzilliklər) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir.Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 93..
Fəlsəfəsi Teodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də “Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar haqqında” kitab da yazmışdır. Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir. Bunların ortası isə həzz və ağrıdır.
Dostluq əslində yoxdur. Maraqlar sona çatan kimi dostluq da qurtarır. Müdrik insan isə özü özünə yetərlidir, ona dost lazım deyildir. Həmçinin ağıllı insan üçün bütün dünya vətəndir, hansısa bir yerə bağlı olmaq olmaz.
Oğurluq, əxlaqsızlıq, müqəddəsliyə qarşı olmaq kimi əməllərdən ikrah doğuran bir şey yoxdur. Bu anlayışlar təbiətdən deyil, yalnız insan cəmiyyətindən irəli gəlir. Buna görə də, bu anlayışlar haqqında cəmiyyətdə qəbul olunmuş fikirlərlə razılaşmaq olmaz. Bu barədə müdrikin öz fikri olmalıdır. Bu əməllərə görə ictimai qınaqlar ağılsızların qarşısını almaq üçün tətbiq edilmişdir. Bunlar müdrik insan üçün deyildir.
Mənbə
Ədəbiyyat
Dorandi, Tiziano (1999). "Chapter 2: Chronology". In Algra, Keimpe; et al. The Cambridge History of Hellenistic Philosophy. Cambridge: Cambridge University Press. p. 52. Filonik, Jakub (2013). "Athenian impiety trials: a reappraisal". Dike (16): 75–76. doi:10.13130/1128-8221/4290.
Həmçinin bax Kirena məktəbi
İstinadlar
Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:E.ə. V əsr filosofları Kateqoriya:E.ə. IV əsrdə vəfat edənlər Kateqoriya:Ateist filosoflar Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Din tarixi