Bandeyra () — Braziliya ərazisində yerləşən dağ zirvəsi. Bandeyra hündürlüyünə görə Braziliyada üçüncü ən hündür zirvə. Braziliyanın şərqində, Kaparau Milli Parkı ərazisində qərarlaşır. Hündürlüyü 2891,98 metrdir. Pik Braziliyanın ən soyuq nöqtələrindən biridir. Qışda temperatur −10 °C qədər enə bilir.

Əlavə məlumat Bandeyra Kaparau Milli Parkında, İbitirama və Altu-Kaparao inzibati bölgələri arasında, sərhətdə yerləşir.

Dağın adı portuqalcadan tərcümədə «Bayraq» mənasını verir. 1859-ci ildə Braziliya imperatoru II Pedro o zamanlar ölkənin ən hündür zirvəsi hesab edilən zirvəyə bayraq sancılmasını əmr etmişdir.

İstinadlar

Mənbə Peakware.com Summitpost.org

Kateqoriya:Braziliya dağları Kateqoriya:Minas-Jerays coğrafiyası Kateqoriya:Espiritu-Santu coğrafiyası Kateqoriya:Dağ zirvəsi – ikiminliklər