Darlinq () — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.

Qolları

Paru çayı 1210 km Uorreqo çayı 1380 km Kalqoa çayı 489 km Barvn 700 km Boqan çayı 617 km

İstinadlar

Kateqoriya:Yeni Cənubi Uels çayları