() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır.

Botaniki xarakteristikası Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20–25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir. Toxumla və qələmlə çoxalır. İstənilən formanı vermək olur. Yaşıllıqlarda qrup halında, tək-tək və xiyaban əkinlərində istifadə edilir. Çin təbabətində toxumlarından hazırlanmış məhlulunda, qara ciyərin fəaliyyətinin stimullaşdırılmasında, damaq qanaxmasında, əzələ ağrılarında istifadə edilir.

Azərbaycanda yayılması Mərdəkan Dendrarisində introduksiya edilmişdir. Abşeronda bağ və parklarda rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:30–34 ID olan Taksonbar