Ku Bon-Çan () — Cənubi Koreyalı oxatan. Ku Bon-Çan iki dəfə Dünya Çempionatında qızıl medal qazanıb. Ku Bon-Çan həmçinin 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında fərdi və komanda yarışlarında qızıl medal qazanıb.

Karyerası Ku Bon-Çan birinci ciddi uğurunu 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində qazandı. O, həm komanda, həm də qarışıq komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. 2016-cı il isə Ku Bon-Çan üçün daha uğurlu oldu. O, XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, finalda Fransa idmançısı üzərində qələbə qazanaraq qızıl medal qazandı. Ku Bon-Çan növbəti qızıl medalını isə komanda yarışlarında qazandı. Ku Bon-Çan komanda yoldaşları Li Sın Yun və Kim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.

Mənbələr

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Cənubi Koreya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2014 Asiya Oyunları medalçıları