Piaui () — Braziliyanın şimal-şərqində yerləşən ştat. Qərbdə Maranyan və Tokantins, cənubdan Baiya, şərqdən Seara və Pernambuku ştatları ilə sərhədlənir. Şimalı Atlantik okeanın sahilini təşkil edir. İnzibati mərkəzi Terezina şəhəridir.

Coğrafiya thumb|left|180px|Terezinanın mənzərəsi Piaui ekvatorial iqlimə malikdirPiaui russobras.com. saytı. Ərazisinin böyük qismi Savannadır. İnzibati mərkəzi Braziliyanın şimal-şərqində yeganə paytaxtdır ki, okean sahilində yerləşir. Şəhərdə ümumi ölkə ərazisinin ən yüksək orta temperaturu müşahidə edilir..

Ştatın sahil xətti 66 km-dir. Bu göstərici ilə ölkədə okeana çıxışı olan ştatlar ərazisində ən qısa sahil xəttidir. Tarixi Mtat ərazisində ilk məskunlaşma 1674-cü ilə təsadüf edir. XVII əsrdən burada kasıblar, izeuitlər, keşişlər, hindular və qara qullar məskunlaşmışlar. Bu gəlmələrlə burada heyvandarlıq inkişaf etdirilmişdir. İnzibati quruluş İnzibati cəhətdən 4 mezoregion və 5 mikroregiona bölünür. İqtisadiyyat Piaui Braziliyanın ən kasıb ştatlarından biridir. Burada sənaye olduqca zəyifdir. Gəlirin əsasını kənd təsərrüfatı təşkil edir. Burada iri buynuzlu heyvandarlıq üstünlük təşkil edir. Üstəlik Çəltik, Şəkər qamışı və Maniok əkilib becərilir.

İstinadlar

Mənbə Piaui ştatının rəsmi saytı

Kateqoriya:Piaui Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri