Çoi Mi-Sun () — Cənubi Koreyalı oxatan. Çoi Mi-Sun iki dəfə Dünya Çempionatında bürünc medalı qazanıb. O, həmçinin 2016-cı ildə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub.

Karyerası Çoi Mi-Sun birinci ciddi uğurunu 2015-ci ildə qazandı. O, Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutan Dünya Çempionatında fərdi və komanda yarışlarında üçüncü yeri tutaraq bürünc medal qazandı.

Çoi Mi-Sun növbəti böyük uğurunu 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində qazandı. XXXI Yay Olimpiya Oyunlarında Çoi Mi-Sun komanda yoldaşları Çang Hye-Jin və Ki Bo-Bae ilə birgə qızıl medal qazandı.

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Cənubi Koreya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2022 Asiya Oyunları medalçıları