— Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur.

2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir.

Tarix Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır.

Coğrafiya Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir. Tokionun 50 km şimal-şərqindədir.

Həmsərhəd bələdiyyələr İbaraki prefekturası Coso Koqa Yaçiyo Sakay Çiba prefekturası Noda

Əhali thumb|İbaraki xəritəsində. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır.

Təhsil Şəhərdə 23 ibtidai məktəb, 4 orta məktəb və 3 lisey var.

Nəqliyyat Dəmiryolu Şəhərdə hər hansı sərnişin qatarı xidməti fəaliyyət göstərmir.

Avtomobil Ken-O sürətli avtomagistralı Yaponiya Milli Yolu 354

Görməli yerlər Sakasay qəsri İbaraki Milli Muzeyi

Simvolika Şəhərin simvolik ağacı Zelkova serrata, simvolik gülü çay, simvolik quşu Horornis diphone hesab olunur..

Qardaş şəhərlər Payn-Blaff — 9 oktyabr 1989-cu ildən.

Tanınmış şəxslər Makoto Tokimoto (cudoka) Vakanami Cun (sumo güləşçisi)

Qalereya

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı

Həmçinin bax

Kateqoriya:İbaraki prefekturasının şəhərləri