Baiya () — Braziliyanın şərqində, Atlantik okean sahillərində yerləşən ştat. Ştat əhalisinin sayına görə Braziliyada dördüncü, sahəsinə görə siə beşinci yerdədir. İnzibati mərkəzi Salvador şəhəridir. Şəhər Bütün müqəddəslər buxtası sahilində qərarlaşır. Ştatın adı da portuqalcadan tərcümədə «buxta» mənasını verir. Coğrafiya Ştat Braziliya alcaq dağlıq sərhəbi bonunca Alaqoas, Pernambuku və Piaui, qərbdən Tokantins və Qoyas, cənubdan Minas-Jerays və Espiritu-Santu mtaları ilə sərhədə malikdir. Ərazisindən axan San-Fransisko çayı üzərində sahəsi 4214 km² olan Sobradinyo su anbarı mövcuddur.
İqlimi İqlimi turopikdir. Orta illik temperatur +22 ºС-dir. Ştat ərazisində iki mövsüm müşahidə edilsə də ərazisindən asılı olaraq fərqlidir. Məsələn, Salvador şəhərində yağış mövsümü martdan iyula qədər davam edir. Qərb rayonlarında oktyabrdan marta qədər çəkir.
Tarixi thumb|left|100px Portuqaliyalı Alvareş Kabral 1549-cu ildə Portu-Sequruya lövbər atır. 1549-cu ildə burada Salvador şəhəri salınır. 1624 - 1625 illər arası şəhəri hollandlar idarə etmişlər.
Baiya ştatı Braziliya imperiyasına 2 iyul 1823-ci ildə birləşdirilmişdir. XVI - XVIII əsrlər ərzində buyada şəkər qamışı plantasiyaları mövcud olmuşdur. Bu məqsədlə hətta Afrikadan bura qullar gətirilmişdir.
İnzibati bölü Ştat ərazisi 8 mezoregiona və 32 mikroregiona bölünür.
Demoqrafiya Braziliyanın Coğrafiya və Statistika institutunun məlumatına görə 2007-ci ildə ştat ərazisində 14080654 nəfər yaşayır. Bu göstərici ilə hər km² 24,93 nəfər adam düşür.
2006-cı ildə əhalinin 67,4 % şəhərdə yaşayır. 1991 - 2000-ci illər aralığında ştat ərazisində əhalinin artımı cəmi 1 % təşkil etmişdir.
Son siyahıya alımaya əsasən burada 8,831 mily mulat (63,2 %), 2,864 milyon ağdərili (20,5 %), 2,193 milyon qaradərili (15,7 %), 83 min hindu və asiyalı (0,6 %) yaşayır.
Mühüm şəhərləri San-Salvador-da-Baiya-di-Тодус-ус-Сантус Feyra-di-Santana Viktoriya-da-Konkista İleus İtabuka Makasari Jekie Alaqoinyas Barreyras Portu-Sequru Teyşeyra-di-Freytas Paulu-Afonsu
İqtisadiyyat Braziliyanın Coğrafiya və Statistika institutunun məlumatına görə 2005-ci ildə ÜDM 90,943 milyard Braziliya dolları, əhalinin adambaşına düşən gəliri isə 6583 Braziliya dollarıdır.
Ştatın paytaxtı həm də Şimal-şərqin iqtisadi mərkəzidir, burada dəniz limanı və beynəlxalq hava limanı mövcuddur.
Kənd təsərrüfatı Nəhəng kənd təsərrüfatı kompleksləri böyük miqdarda məhsul istehsal edir. Burada 3 mln 572 min. baş keçi (37 % ölkə üzrə) mövcuddur. Üstəlik il ərzində 110 800 t (65 % ölkə üzrə) kakao istehsal edilir.
Meşə təsərrüfatı Ağac tədarükü hesabına burada mebel istehsalı və kağız hazırlanması həyata keçirilir.
Şəkillər
İstinadlar
Mənbə Ştatın rəsmi saytı ANP report on the Reconcavo Basin All about Salvador Bahia Brazil Bahia from Salvador to Porto Seguro discovering Bahia in your language Population of Bahia Cities in the South of Bahia Indira Weis's travelogue in Bahia A Most Accurate Picture of Brazil
Kateqoriya:Baiya Kateqoriya:1823-cü ildə Braziliyada yarananlar Kateqoriya:Keçmiş Portuqaliya müstəmləkələri