Adil İsgəndər oğlu Əsədov () — Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfi Maarifçilik Assosiasiyasının İdarə Heyətinin sədri

Həyatı Adil Əsədov 1 oktyabr 1958-ci ildə Quba şəhərində anadan olmuşdur. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.

2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir.Fəlsəfi Maarifçilik Assosiasiyasının rəsmi saytı: philosophy.az

2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurasının üzvüdür. Elmi fəaliyyəti right|thumb|250px|Gənclərlə görüş zamanı Azərbaycan, rus, ingilis və alman dillərində çap olunan 170-dən artıq elmi məqalənin müəllifidir.https://scholar.google.com/citations?hl=ru&user=myiAmAwAAAAJ&view_op=list_works

Bir çox beynəlxalq konfransların iştirakçisı və məruzəçisi olmuşdur. Bakıda, Moskvada, Minskdə, Tbilisidə, Belqorodda, Bratislavada, Afinada, Sankt-Peterburqda, Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində, İtaliya Respublikasının paytaxtı Roma şəhərində və Türkiyə Respublikasının İstanbul şəhərində https://philosophy.edu.az/index.php?newsid=3178 keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Sosial elmlər üzrə İkinci Ümumavropa Konfransında (13 – 18 iyun, 1998) Azərbaycanı təmsil etmişdir. "Moslem World and Europe" adlı məruzəsi 1999-cu ildə Parisdə çap olunmuşdur. Postsovet məkanının ən nüfuzlu fəlsəfi jurnalı olan "Вопросы философиии" jurnalında 20 illik fasilədən sonra (2011) çap olunan ilk Azərbaycan müəllifidir.

Dünya fəlsəfi irsindən irihəcmli tərcümələri vardır. Alman filosofu Artur Şopenhauerin Dünya iradə və təsəvvür kimi (əsər) adlı əsərini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" əsərini Azərbaycan dilinə tərcümə etmişdir.

Onun elmi fəaliyyətinin əsasını Fəlsəfi Pentalogiya adlandırdığı beş hissədən ibarət fəlsəfi sistemin yaradılması təşkil edir. Bu sistem formaca pentalogiya şəklində təqdim olunur və məzmununa görə müəllif tərəfindən spiritualist aristokratizm fəlsəfəsi adlandırılır. Fəlsəfi Pentalogiyanın tərkib hissələri aşağıdakılardır: Gözəlliyin fəlsəfəsi, Varlığın fəlsəfəsi, Təfəkkürün fəlsəfəsi, Əxlaqın fəlsəfəsi və Siyasətin fəlsəfəsi. Adil Əsədovun irəli sürdüyü və Fəlsəfi Pentalogiya formatında təqdim etdiyi spiritualist aristokratizm fəlsəfəsinin müxtəlif aspektləri müəllifin Bakıda, Moskvada, Tbilisidə, Parisdə çap etdirdiyi əsərlərində əks olunmuşdur.

Monoqrafiyaları

Əsədov, Adil. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 1. // Ön sözün müəllifi - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli. Bakı, Elm, 2024. 576 s. ISBN: 978-9952-569-78-0 Əsədov, Adil. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 2. Bakı, Elm, 2024. 566s. ISBN: 978-9952-569-78-0 Əsədov, Adil. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 3. Bakı, Elm, 2024. 668 s. ISBN: 978-9952-569-78-0 Əsədov, Adil. Fəlsəfi pentalogiya: İkinci bölüm - Varlığın fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2025. 468 s. ISBN: 978-9952-601-57-2

Tərcümələri

İstinadlar

Xarici keçidlər

Əsərlərinin Amerika Birləşmış Ştatlarının Konqres Kitabxanasında saxlanılan nüsxələri Əsərlərinin Rusiya Dövlət Kitabxanasında saxlanılan nüsxələri Əsərlərinin Ukraina Milli kitabxanasında saxlanılan nüsxələri Əsərlərinin Gürcüstan Milli Elm Kitabxanasında saxlanılan nüsxələri

Akademik Firudin KÖÇƏRLİ. Fəlsəfəmizdə yeni bir səhifə. – Adil Əsədov. Siyasətin fəlsəfəsi B., 2001. s. 4–6 akademik Firudin KÖÇƏRLİ. Daha bir uğurlu addım. – "Azərbaycan" qəzeti, 24 fevral 2002-ci il akademik Ömər ELDAROV. Sənət gözəlliyin fəlsəfəsinin işığında. Fəlsəfə elmləri doktoru Adil Əsədovun "Gözəlliyin fəlsəfəsi" əsəri ilə bağlı mülahizələrim. – "525-ci qəzet", 04 may 2005-ci il. akademik Kamal TALIBZADƏ. Filosof sözü: Adil Əsədovun yeni monoqrafiyası — "Gözəlliyin fəlsəfəsi" haqqında. // Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi Əsərləri, 2006, № 2(4). c. 193–195. professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev: Adil Əsədovun Gözəlliyin fəlsəfəsi monoqrafiyasının təqdimat mərasimidə çıxış Adil Əsədovun Gözəlliyin fəlsəfəsi monoqrafiyasının təqdimat mərasimi 1. 2. 3. 4. 5. 6. 7. Fəlsəfə elmləri doktoru Adil Əsədov və əməkdar mədəniyyət xadimi Fəxriyyə Xələfova İctimai Televiziyanın Yeni gün səhər proqramında gözəllik mövzusunda söhbətə qoşuldular. 1. 2. 3. 4. 5.

Kateqoriya:Qubada doğulanlar Kateqoriya:Quba rayonunda doğulanlar Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Əlifba sırasına görə filosoflar Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan politoloqları Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları Kateqoriya:XX əsr Azərbaycan filosofları Kateqoriya:XXI əsr Azərbaycan filosofları