Paranoa su anbarı () — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur.

Toponim «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir.

Bənd 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir.

Naviqasiya və su idmanı Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır. 1994-cü ildən təşkil edilən yarışlarda 200-dən çox qayıq iştirak edir[Nosso Lago, por Isabel Vilela, Correio Braziliense, 20/3/2010].

Fəlakət 22 may 2011-ci ildə Paranoa su anbarında göyərtəsində 100-dən çox insan olan bərə batmışdır. Qəza 20:13 radəsində baş vermişdir. Xilasedilicilərin sözünə görə burada cəmi 104 nəfər olmuşdur. Bərə suyun 17 metr dərinliyinə batmışdır. Bu qəzada 8 nəfər həlak olmuşdur

İstinadlar

Kateqoriya:Braziliya su anbarları Kateqoriya:Federal dairə coğrafiyası (Braziliya)