Nakfa (ISO 4217 kodu: ERN) — Eritreyanın pul vahidi. 8 noyabr 1997-ci ildə Efiopiya birrini əvəz edərək istifadə olunmağa başlamışdır. Valyuta adını Nakfa şəhərindən almışdır. 1 nakfa 100 sentdə bərabərdir.
Sikkələr Nakfa sikkələri nikel örtüklü poladdan hazırlanır. 1 nakfa 100 sentə bərabərdir. Aşağıdakı sikkələrdən istifadə olunur:
1 sent 5 sent 10 sent 25 sent 50 sent 1 nakfa (100 sent)
Əsginaslar thumb|left|Nakfa əsginasının üzərində təsvir olunan ağac. Nakfa əsginasları 1994-cü ildə ABŞ Qravür və Çap Bürosundan Klarans Holbert tərəfindən dizayn edilmişdir.
Əsginaslara aiddir: 1 nakfa 5 nakfa 10 nakfa 20 nakfa 50 nakfa 100 nakfa
Əsginaların 4 buraxılışı var. İlk buraxılış tarixi 24 may 1997-ci ildir. İkinci buraxılış tarixi (ancaq 50 və 100 nakfa əsginasları üçün) 24 may 2004-cü ildir. Üçüncü buraxılış tarixi (ancaq 50 və 100 nakfa əsginasları üçün) 24 may 2011-ci ildir. Dördüncü buraxılış tarixi (ancaq 10 və 20 nakfa əsginasları üçün) 24 may 2012-ci ildir. Buraxılış tarixlərinin 24 may seçilməsinin səbəbi bu tarixin Eritreyada Müstəqillik Günü kimi qeyd edilməsidir.
17 mart 2013-cü ildən bəri 1 ABŞ dolları 10 nakfaya bərabərdir. 1 yanvar 2005-ci ildən isə 15 nakfa bir ABŞ dollarına bərabərdir.
İstinadlar
Həmçinin bax Eritreya iqtisadiyyatı
Xarici keçidlər CoinGallery saytında.
Kateqoriya:Afrika valyutaları Kateqoriya:Eritreya pulları