Cozef Çemberlen (; ) — Böyük Britaniya dövlət xadimi, fabrikant, Ostin və Nevill Çemberlenin atası.
Fəaliyyəti Siyasi fəaliyyətinin ilk dövründə Liberallar partiyasının radikal cinahına mənsub olmuşdur. 1873 — 1876-cı illərdə Birminhem meri olmuş, 1876-cı ildə parlament deputatı seçilmişdir. 1880 — 1885-ci illərdə Vilyam Qladston hökumətinə daxil olmuşdur. İrlandiyaya muxtariyyət verilməsinə etiraz əlaməti olaraq Çemberlen və onun tərəfdarları Liberallar partiyasından çıxaraq mühafizəkarlara qoşulmuşdular. 1895 — 1903-cü illərdə müstəmləkələr naziri, ingilis-bur müharibəsi (1899 — 1902) dövründə Böyük Britaniyanın müstəmləkə ekspansiyasının əsas ilhamçısı və təşkilatçısı olmuşdur. 1906-cı ildə xəstəliyi ilə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdır.
İstinadlar
Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:Britaniya imperiyası Kateqoriya:Birminhem Universitetinin müəllimləri Kateqoriya:Müstəmləkəçilik Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri