500 manatlıq əsginas — Azərbaycanda 1993–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1993-cü ildə) dövriyyəyə buraxılmışdır.

Tarixi 500 manatlıq əsginaslar yalnız bir dəfə – 1993-cü ilin fevral ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdirMilli pulun tarixi (FOTOLAR) . modern.az, 15.08.2011 Manat 24 yaşa çatdı . transparency.az, 15.08.2016 . Əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar MikayılzadədirMilli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam . azadliq.org, 21.08.2012 . O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 500 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az .

Təsviri Əsginasın ön tərəfində əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin portretinin çapı nəzərdə tutulmuşdur. Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 1000 manatlıq əsginasın üzərində təsvir olunur. 500 manatlıq əsginasda isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti təsvir olunurAdlarını pula yazdıranlar . buro247.az .

Əsginasın arxa tərəfi elə həmin il dövriyyəyə buraxılmış 1000 manatlıq əsginasın arxa tərəfi ilə eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdı. Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir.

Ölçüləri 500 manatlıq əsginasın ölçüləri 125×63 mm idiDövriyyədən çıxarılmış əskinaslar — AZM . cbar.az .

Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Əsginasda su nişanı — üç alov təsvir olunmuşdu.

Həmçinin bax Azərbaycan manatı 500 manatlıq sikkə

İstinadlar

Xarici keçidlər

Pul. preslib.az

Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:500-lük əsginaslar Kateqoriya:Nizami Gəncəvi