Honduras lempirası — 100 sentavoya bərabər olan Hondurasın pul vahididir. 1926-cı ildə mübadilədə daha əvvəl gümüş peso kimi istifadə edilən pul vahidini əvəz etmişdir. 1946-cı ildə Beynəlxalq Valyuta Fondundan məlumata görə, lempiradakı qızılın çəkisi 0,444335 qrama bərabərdir.
Adının mənşəyi Pul vahidi öz adını hindilərin rəhbəri olan Lempiranın (1497–1537) adından götürmüşdür. Lempira 1536-cı ildə hindilər üçün müvəffəqiyyətsizliklə başa çatan ispan müstəmləkəçilərinə qarşı müharibəni açıq elan etdi. Lempira sui-qəsd nəticəsində öldürüldü və onun dəstəsi darmadağın edildi.
Tarixi Bir lempiraya bərabər sikkələr 1931–1937-ci illər aralığında 900 əyarlı gümüşdən kəsilirdi. 1974-cü ildən sikkələr, 1 və 5 nominallı lempiralar mislə örtülmüş bürüncdən, latun ilə örtülmüş poladdan kəsilirdi.
Mübadiləsi və saxlanması Mübadilədə 1, 2, 5, 10, 20, 50 sentavoluq sikkələrdən və 1, 2, 5, 10, 20, 50, 100 və 500 lempiralıq əsginaslardan istifadə olunur.
20 lempiralıq əsginaslar 2008-ci ildə polimerdən istehsal edilmişdir. Təsvir Nominal Rəng Ölçü Təsvirdəki şəxs 1 qızrmızı 156 × 67 mm Lempira 2 Bənövşəyi Мarko Aurelio Soto 5 Yaşıl Fransisko Morasan 10 Qəhvəyi Xose Trinidad Kobanyas 20 Yaşıl Dionisio Errera 50 Sarı-yaşıl Хuan Manuel Halves 100 Narıncı Xose Sesilyo de Valle 500 Bənövşəyi Ramon Roza
Valyuta məzənnəsi rejimi
İstinadlar
Xarici keçidlər Центральный банк Гондураса Галерея банкнот Гондураса
Kateqoriya:Əlifba sırasına görə pul vahidləri Kateqoriya:Honduras pulları Kateqoriya:Şimali Amerika valyutaları Kateqoriya:Valyuta simvolları