Ədalət Paryiyası — 1993-cü ildə İlyas İsmayılov tərəfindən yaradılan sol təmayüllü siyasi partiya.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ədalət Partiyasının üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur.
Tarixi Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir. Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.
1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi. 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi. Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.
2001-ci ildən indiyədək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İ. İsmayılov 1992, 2003 və 2013-cü illərdə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd və Milli Məclisin deputatı olub.
2007-ci ildə Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında partiyaların birləşməsi təklifi üzərinə müzakirələr başlamış, lakin birləşmə gerçəkləşməmişdir.
2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur.
2013-cü ildə Ədalət Partiyası Azərbaycan Yaşıllar Partiyası ilə "Vətən" Siyasi Blokunu təsis etmişdir. Daha sonra bloka Azərbaycan İslam Partiyası da qatılmışdır. Blok 2013-cü il prezident seçkilərində vahid namizədlə — İlyas İsmayılov ilə qatılmışdır. Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.
Partiya qərargahı Əvvəllər Ceyhun Hacıbəyli 2 ünvanında yerləşən ofisdə fəaliyyət göstərən Ədalət Partiyası hazırda Nizami rayonunda Neftçilər metrosunun yaxınlığında Əzim Əzimzadə küçəsindəki binada yerləşir. Bina partiyaya dövlət tərəfindən icarə müqaviləsi ilə verilib. Ədalət Partiyası ilə bərabər sözügedən binada Böyük Quruluş və Azərbaycan Liberal Demokrat partiyaları da yerləşir. Özünə görə hər üç partiyanın qərargahını normal hesab etmək olar.
Seçkilərdə
Parlament seçkiləri SeçkiSədrMajoritarProporsionalCəmiSəs%MandatSəs%Mandat1995 100x100pxİlyas İsmayılov Partiya vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərdə iştirak etmədi. 2000Ədalət Partiyası 1996–2000-ci illərdə Azərbaycan Demokrat Partiyasına birləşmişdir.2005 100x100pxİlyas İsmayılov 2010 12 761 0.53 2015 6 507 0.23 2020 2024
Ara seçkilər Seçki Sədr Səs Mandat # % 2006 İlyas İsmayılov
Bələdiyyə seçkiləri Seçki Sədr Səs Yer # % ± 2004 İlyas İsmayılov 2009 2014 2019
Ara bələdiyyə seçkiləri Seçki Sədr Səs Bələdiyyə üzvü # % 2006 İlyas İsmayılov
İstinadlar
Kateqoriya:Azərbaycandakı siyasi partiyalar