Falsoeksosoma yarpaqyeyəniMirzəyeva N.B. Azərbaycan faunası. Azərbaycanın yarpaqyeyən böcəkləri. V, Bakı: Elm, 1988, 209 s. () — sərtqanadlılar dəstəsinə yarpaqyeyənlər fəsiləsinə aid böcək növü.
Qısa məlumat Bədənlərinin uzunluğu 9.5–12 mm. təşkil edir. Bığcıqları və pəncələri narıncı, qanadüstlükləri isə parlaq yaşıl rəngdədir. Əsasən yabanı alçanın yarpaqları ilə qidalanırlar.
Yayılması Türkmənistanda, Şimali İranda rast gəlinir. Azərbaycanda Lənkəran zonası, Böyük Qafqazda rast gəlinir.
Yaşayış yeri və həyat tərzi Meşə zonası əsas yaşayış yeridir. Yabanı alça ağacının yarpaqları ilə qidalanırlar.
Sayı Lənkərandan 1909-cu ildə 1, Cəlilabad rayonundan 1982-ci ildə 1, Altıağacdan 1983-cü ildə 1 fərd toplanmışdır. Son illərin tədqiqatları zamanı rast gəlinməmişdir.
Məhdudlaşdırıcı amillər Meşə lərin qırılması, qida bitkilərinin məhv edilməsi.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Yaşayış sahələri qorunmalıdır.
İstinadlar
Ədəbiyyat Mirzəyeva N.B. Azərbaycan faunası. Azərbaycanın yarpaqyeyən böcəkləri. V, Bakı: Elm, 1988, 209 s. Azərbaycanın Qırmızı Kitabı, II Cild, 2013.
Kateqoriya:Sərtqanadlılar