Rövşən Rizvan oğlu Hüseynli (3 aprel 1991, Bakı) — Araz-Naxçıvan və Azərbaycan milli futzal komandasında qapıçı mövqeyində çıxış edən futzalçı.
Həyatı Rövşən Hüseynli 1991-ci il 3 aprel tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1997-2008-ci illərdə 167 nömrəli məktəbdə almışdır. Ali təhsili isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almış, futbol fakültəsini bitirmişdir.
Atası futbolla həvəskar həm də qapıçı olaraq məşğul olub. Rövşəni də öz oyunlarına baxmağa aparırdı. Futbola olan marağı da məhz buradan yaranıb və futbolun ilk sirlərini də ona atası öyrədib. Balaca Rövşənin futbola böyük marağının olmasına baxmayaraq atası onu ilk dəfə 11 yaşında sərbəst güləşlə məşğul olmağa aparır. Güləşdə yaxşı nəticələrinə baxmayaraq inadkar Rövşən futbola olan həvəsini gizlədə bilmir və üç ay sonra güləşdən ayrılaraq futbola yazılır. Futbolda ilk müəllimi Neftçilərdə "rezinka" adlanan stadionda Adil Mahmudov olub. Burada dörd ay məşq etdikdən sonra İnter Bakı klubuna keçib və bu onun ilk peşəkar komandası olub. Rövşən 4 il İnter Bakı komandasının heyətində çıxış edib.
Karyerası Rövşənin futbolla yanaşı futzala da böyük marağı var idi və mütəmadi olaraq futzal oyunlarına baxırdı. Burada hərəkətlilik, maraqlı oyun onu cəlb edirdi. Atası ilə məsləhətləşən Rövşən tezliklə atasının dostları vasıtəsilə Neftçi İSM futzal klubuna yoxlanışa göndərildi. Uğurlu nəticə göstərən Rövşən 2008-ci il fevral ayından etibarən Neftçi İSM futzal klubunda ilk məşqlərinə başladı. Futzalda birinci məşqçisi Abdulqəni Nurməmmədov olub və ondan daim məsləhətlərini, dəstəyini əsirgəmirdi. Rövşənə olan etibarı o qədər böyük idi ki, hətta kapitanlığı da ona həvalə etmişdi. Klub 1-ci liqada çıxış edirdi. Rövşən ilk çempionatındaca ilin ən yaxşı qapıçısı adına sahib çıxdı. 4 il də Neftçidə oynayan Hüseynli bu illər ərzində həm də ölkəni dünya və avropa çempionatlarında təmsil edən tələbələrin futzal yığmasında oynayırdı.
Bütün bunlardan sonra Rövşən 2012-ci ildə bir illik hərbi xidmətə yollanır. Əsgərlik zamanı milli ordunun daxili birinciliklərində çıxış etmişdir. Hərbidən qayıtdıqdan sonra isə yüksək liqada çıxış edən "Baku Fire" klubunun heyətinə qatılır. Özünü bu klubda yaxşı tərəfdən göstərən Hüseynli "Fənər"dən təklif alır. Həmin dövrdə bu komanda daha güclü idi. Ancaq buna baxmayaraq, "Baku Fire"dan, ordakı dostlardan ayrılmaq istəməyən Rövşən təklifi qəbul etmir. 2014-cü ildə Araz Naxçıvan klubuna dəvət alır. Araz Naxçıvan klubuna gəlişində Azərbaycan futzal yığmasının sabiq qapıçısı Marat Salyanskinin böyük rolu olub. 2014-cü ildən Araz Naxçıvan klubunda çıxış edən Rövşən Azərbaycan yığmasına ilk dəvətini də məhz bu ildə alıb. Hüseynli yığma ilə birlikdə 2014-cü ilin dekabr ayında Özbəkistanda keçirilən “Tashkent Cup-2014” turnirinə yollanıb. Lakin, turnirdə ona millidə debüt etmək şansı verilməyib. Buna baxmayaraq həmin vaxtdan futzal millisinin hər toplanışına dəvət alırdı.
Millidə debütünü 15 sentyabr 2015-ci ildə Bakıda keçirilən avropa çempionatının play-off mərhələsində Slovakiya ilə oyunda (3-1) edib. Rövşən bundan sonra millinin oyunlarında mütəmadi olaraq çıxış etmiş və əsas qapıçıya çevrilmişdir. Azərbaycan millisinin heyətində 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçirilən futzal üzrə avropa çempionatında uğurla oynayaraq kifayət qədər tanınmağa başlamışdır. Bu turnirdə millimizin gənc qapıçısı bütün Avropanın diqqət mərkəzinə düşdü. Hətta millimizin son çempion İtaliyaya 0:3 hesabıyla məğlub olduğu oyunda da ona təbriklər gəlirdi. "Skuadra adzurra"yla oyunda bir hissəyə 15 "seyv" edərək rekorda imza atan Rövşən, yerli azarkeşləri də yaxşı mənada təəcübləndirdi. Legionerlərin bol olduğu futzal millimizdə yerli qapıçının parlaq oyunu yerli futzalsevərləri bir xeyli sevindirdi. Rövşən 2016-cı il sentyabrın 10-dan oktyabrın 1-dək davam edən 2016 Futzal üzrə FİFA Dünya Kubokunda da millinin heyətində uğurla çıxış etdi.
SıraTarixStadionRəqibHesabQolYarış18 mart 2015Sərhədçi Olimpiya İdman Kompleksi, Bakı Belçika3-12016 Avropa Çempionatı, s/m19 mart 2015Sərhədçi Olimpiya İdman Kompleksi, Bakı Danimarka11-22016 Avropa Çempionatı, s/m21 mart 2015Sərhədçi Olimpiya İdman Kompleksi, Bakı Ukrayna2-32016 Avropa Çempionatı, s/m15 sentyabr 2015Bakı İdman Sarayı, Bakı Slovakiya3-1—12016 Avropa Çempionatı, s/m22 sentyabr 2015Mestska İdman Zalı, Trnava Slovakiya1-1—12016 Avropa Çempionatı, s/m10 dekabr 2015Qradski Zalı, Osiyek İsveç8-2—22016 Dünya Çempionatı, s/m11 dekabr 2015Qradski Zalı, Osiyek Belarus7-2—22016 Dünya Çempionatı, s/m13 dekabr 2015Qradski Zalı, Osiyek Xorvatiya4-4—42016 Dünya Çempionatı, s/m3 fevral 2016Belqrad Arena, Belqrad İtaliya0-3—32016 Avropa Çempionatı5 fevral 2016Belqrad Arena, Belqrad Çex Respublikası6-5—52016 Avropa Çempionatı9 fevral 2016Belqrad Arena, Belqrad Rusiya2-6—62016 Avropa Çempionatı12 sentyabr 2016Coliseo İvan de Bedout, Medellin Mərakeş5-0—02016 Dünya Çempionatı15 sentyabr 2016Coliseo İvan de Bedout, Medellin İspaniya2-4—22016 Dünya Çempionatı18 sentyabr 2016Coliseo İvan de Bedout, Medellin İran3-3—32016 Dünya Çempionatı
İstinadlar
Kateqoriya:Azərbaycan futzalçıları Kateqoriya:Kişi futzalçılar