"Qoca Xottabıç" () — rejissor Gennadi Kazanskinin 1956-cı ildə çəkdiyi film.

Məzmun 12 yaşlı pioner şagird Volka Kostrikov Moskva çayından bir küp tapır. Evə gələrək küpü açır. Həmin küpün içərisindən Həsən Əbdürrəhman ibn Xottab (Nikolay Volkov) adlı cin çıxır. Həmin cinin artıq 3732 yaşı vardır. Və o, min illərdir ki, küpün içərisindədir. Ona görə bilmir ki, öz xilaskarına — Volkaya necə yaxşılıq etsin. Volka ondan coğrafiya dərsindən kömək etməyi xahiş edir. Lakin cinin coğrafi təfəkkürü geridə qalmışdır. Ona görə də müəllimi Volkaya deyir: Volka sən qədim dövrün coğrafi baxışlarını düzgün bilirsən. Daha sonra Xottabıç Volkaya saray, dəvə karvanları və s. hədiyyə etmək istəyir, lakin Volka bunların heç birini qəbul etmir. Bununla rejissor sovet pionerləri ruhunda tərbiyə olunan bir oğlan obrazını yaratmaq istəmişdir. Sonda Volka Xottabıçı sirkə aparır. Və sirkdə Xottabıç öz heyrətamiz illüziya nömrələrini göstərir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi — Lazar Lagin Rejissor — Gennadi Kazanski Operator — Müzakir Şükürov Səs operatoru — Qriqori Elbert Rəssam — İsaak Kaplan, Bella Meneviç Bəstəkar — Nadejda Simonyan

Rollarda Nikolay Volkov — Xottabıç Alyoşa Litvinov — Volka Kostrikov Olqa Çerkasova — Varvara Stepanova Maya Blinova — Volkanın anası Yefim Kopelyan — Cəfər Əli Məhəmməd, Bakılı qazma ustası Alekdandr Larikov — həkim

Filmi izlə Qoca Xottabıç filmi — azərbaycan dilində

Qoca Xottabıç filmi — rus dilində

Qoca Xottabıç filmi — 10 ən yaxşı sovet filmimdən biri

Kateqoriya:SSRİ filmləri Kateqoriya:1956-cı ilin filmləri Kateqoriya:"Lenfilm"in filmləri Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:1956-cı ilin SSRİ filmləri Kateqoriya:SSRİ nağıl filmləri Kateqoriya:Sirk filmləri Kateqoriya:Nağıllar əsasında çəkilmiş filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri