Portlend adası () — La-Manş boğazında yerləşən, 6 km (4 mil) uzunluğa və 2,4 km (1,5 mil) enə malik ada. Portlend Ueymutdan 8 km cənubda yerləşir. İngiltərənin Dorset qraflığının ən ucqar cənub nöqtəsini təşkil edir. Tombolo üzərində A354 avtomagistralı yerləşir. Portlendin əhalisi 13 417 nəfər (2021-ci il) təşkil edir.

Ada özünün qədim relyef və geologiyasına görə fərqlənir. Onun adı Britaniya dəniz rayonlarından birinə, Şimali Amerika və Avstraliya şəhərlərindən bir qisminə verilmişdir. Xüsusi olan Portlend daşı Böyük Britaniya və BMT baş qərargahının arxitekturasında istifadə edilir.

Portlend və Ueymut arasında yerləşən buxtada dünyanın ən böyük texnogen havanlarından biridir. İlk əvvəllərdən burada Britaniya dəniz donanmasına məxsus baza mövcud olmuşdur. Bu baza Birinci və İkinci Dünya müharibələri zamanı mühüm rol oynamışdır. Havan hazırda mülki liman və məşhur istirahət yerlərindən biridir. Hətta 2012 Yay Olimpiya Oyunlarında oradan istifadə edilmişdi.

Mənbə Weymouth & Portland borough council Geology of the Wessex Coast of Southern England Exploring Portland Portland’s very own 'Royal Manor Theatre' Portland Sculpture & Quarry Trust Isle of Portland Industrial Archaeological Survey from English Heritage

Kateqoriya:Əlifba sırasına görə yarımadalar Kateqoriya:İngiltərə yarımadaları Kateqoriya:Tombolo (relyef)