Pskov () — Rusiya Federasiyasının şimal-qərbində şəhər.
Ümumi məlumat thumb|Troitsa kilsəsi Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül (xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941-1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir.
Tarixi thumb|Rusiya Bankının 10 rubl xatirə pulu (2012) Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348-1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir. Livoniya ordeninə və Böyük Litva knyazlığına qarşı fəal mübarizə aparmışdır. Sinfi zidiyyətlərin kəskinləşməsi nəticəsində 1608-1611 və 1650-ci illərdə Pskovda üsyanlar baş vermişdi. XIII-XVI əsrlərdə böyük ticarət, iqtisadiyyat və mədəniyyət mərkəzi olan Pskov XVII-XVIII əsrlərdə öz əhəmiyyətini itirdi.
Pskov üsyanı (1650) 1650-ci ildə Rusiyada baş vermiş bu üsyan antifodal səciyyəsi daşmışdır. 1949-1950-ci illərdəki qıtlıqla əlaqədar taxılın qiymətinin artması və möhtəkirlik üsyana bəhanə olmuşdur. Lakin üsyan məğlub olmuş, üsyan rəhbərləri sürgün olunmuşdur.
Pskov XX əsrdə thumb|Pskov quberniyasının planı (1913) 1900-cü il fevralın 26-dan mayın 9-dək V.İ. Lenin Pskovda yaşamışdır. 1912-ci ildə Pskovda tramvay yolu açımışdır. Böyük Vətən Müharibəsinin başlanmasından 3 il sonra şəhər Almaniya tərəfindən işğal olunmuş, 3,5 min dinc sakin həlak olmuşdur. 1944-cü il, iyulun 23-də şəhər azad olunmuşdur.
Əhali 2016-cı ilin siyahıyaalmasına görə Pskov şəhərinin əhalisi — 208 145 nəfərdir. Əhalinin sıxlığı isə hər 1 kvadrat kilometrə 2177 nəfərdir. Pskov vilayətinin 2 ən böyük şəhərindən birincisidir (İkincisi Velikiye Lüki şəhəridir).
Əhali dinamikası (illər üzrə) 1825 — 8685 nəfər 1840 — 10 269 nəfər 1870 — 18 831 nəfər 1910 — 32 856 nəfər 1920 — 29 004 nəfər 1944 — 143 nəfər 1959 — 81 270 nəfər 1970 — 127 000 nəfər 1985 — 194 000 nəfər 1990 — 205 000 nəfər 1995 — 207 000 nəfər 2000 — 201 500 nəfər 2010 — 203 279 nəfər 2013 — 206 154 nəfər 2016 — 208 145 nəfər
Əhalinin tərkibi (2010-cu il) Ruslar — 87, 36 % (177580 nəfər) Ukraynalılar — 1,45 % (2952 nəfər) Belaruslar — 0,87 % (1761 nəfər) Ermənilər — 0,47 % (950 nəfər) Qaraçılar — 0,23 % (477 nəfər) Tatarlar — 0,20% (402 nəfər) Azərbaycanlılar — 0,19% (379 nəfər) Özbəklər — 0,08% (157 nəfər) Yəhudilər — 0,08% (157 nəfər) Çuvaşlar — 0,06% (131 nəfər) Almanlar — 0,06% (121 nəfər) Moldavanlar — 0,06% (120 nəfər) Latışlar — 0,05% (110 nəfər) Polyaklar — 0,05% (99 nəfər)
Pskov şəhərindən digər şəhərlərə qədər məsafə 250px Pskov — Vilnüs ~ 430 km Pskov — Pyarnu ~ 347 km Pskov — Tallin ~ 345 km Pskov — Vıru ~ 97 km Pskov — Dauqavpils ~ 264 km Pskov — Riqa ~ 283 km Pskov — Kalininqrad ~ 553 km Pskov — Moskva ~ 743 km Pskov — Sankt-Peterburq ~ 278 km Pskov — Tver ~ 578 km Pskov — Kiyev ~ 945 km
Qardaşlaşmış şəhərlər Arles, Belostok, Gera, Kuopio, Myanyan, Nijmegen, Neuss, Norrtelye, Pert, Roanok, Vitebsk, Tartu, Dauqavpils, Valmiera,
Mədəniyyət Muzeylər Pskov dövlət tarix-memarlıq və rəssamlıq muzeyinə daxildir: Rəsm qalereyası Miroj monastırı Poqankin otağı Muzeyin mərkəzi binası Fərmanlar otağı V.İ.Leninin kirayə yaşadığı ev-muzeyi "Qığılcım" ("Искра") ev muzeyi Yuri Sneqalskinin kirayə-muzeyi
Pskov kinemotoqrafiyada Aleksandr Nevski (film, 1938). Rejissor — Sergey Eyzenşteyn İki kapitan (film, 1955). Rejissor — Vladimir Vengerov Amerikalı (film, 1998). Rejissor — Dmitri Mesxiev
Pskov musiqidə Nikolay Rimski-Korsakov. "Pskov qulluqçusu" operası. 1827. Sergey Prokofyev. "Aleksandr Nevski" filminə mahnı. 1938.
Teatr A.S. Puşkin adına Pskov akademik dram teatrı Pskov kukla teatrı Pskov filarmoniyası Pskov filarmoniyasının simfonik orkestrı
Kinoteatr "Qələbə" kinoteatrı "Oktyabr" kinoteatrı "Miraj Sinema" kinoteatrı
Qalereya
İstinadlar
Həmçinin bax Pskov vilayəti Pskov gölü Böyük Moskva knyazlığı
Kateqoriya:Pskov vilayətinin şəhərləri Kateqoriya:Rusiyadakı ümumdünya irsi Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:VII əsrdə yaranan yaşayış məntəqələri