Kamaləddin Məsud Xocəndi və ya Kamal Xocəndi () () — tacik şair.
Həyatı thumbnail|350px|left|Kamal Xocəndinin divanı. 1468-ci ilin oktyabrında Şərəfəddin Hüseyn Sultani tərəfindən Şamaxıda üzü köçürülmüşdür. Kamal Xocəndi 1321-ci ildə Xocənddə anadan olub. 1385-ci ildə Məkkəyə həccə gedib, həmin il Toxtamış tərəfindən əsir götürülüb, Saraya aparılıb. 5 il sonra vəfat edib, Təbrizdə basdırılıb.
Məzarı Şairin məzarı Təbrizdə, Abbasi və Beylankı küçələrində yerləşən 2-Kamal məzarlığında (Kamal parkında) Kəmaləddin Behzadın məzarının yanındadır. Məzarın üstünə 1996-cı ildə Kamal Xocəndinin heykəli də ucaldılıb.
Üslubu 14000 beytdən ibarət divanı qalmışdır. Divanın orijinal və köçürmə nüsxələri Bakıda, Daşkənddə, Düşənbədə, Sankt Peterburqda və Londonda saxlanılır. Fars və dari dillərində yazmışdır. Sufi ideyalarından təsirlənmiş, qəzəllər yazmışdır. Şəkillər
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:İran şairləri Kateqoriya:Tacikistan şairləri Kateqoriya:Təbrizdə vəfat edənlər Kateqoriya:Xocənddə doğulanlar Kateqoriya:XIV əsr şairləri Kateqoriya:Sufi şairləri