Fikrət İbrahim oğlu Kəngərli ()—Azərbaycan Dəmiryol idarəsi rəisi
Həyatı Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi.
Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı.
Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Bakı Metropoliteninin rəhbərləri Kateqoriya:Azərbaycan Dəmir Yollarının rəhbərləri